Qərb Qarabağ probleminin həllindən niyə narazıdır? - ANALİZ

RİA Novosti Qarabağ prosesi, beynəlxalq qüvvələrin buradakı mövqeyi və nüfuzu ilə bağlı analitik məqalə dərc edib. Məqaləni oxucularımıza təqdim edirik.

Fransa xarici işlər naziri ölkəsinin Qarabağ əhalisinə kömək məqsədilə təşkil etdiyi humanitar missiyanın təfərrüatlarını bölüşüb. Söhbət cərrahların və bölgəyə tibbi və cərrahi avadanlıqların göndərilməsindən gedir.
ABŞ da öz növbəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə və münaqişənin son dərəcə kəskinləşməsindən təsirlənən insanlara yardım göstərən qeyri-hökumət təşkilatlarına 5 milyon dollar ayırıb.

Qarabağ tənzimlənməsində entuziazmının olmaması- həm ritorikada, həm də hərəkətlərdə- Paris və Vaşinqtonun "yaralı qürur" nümayiş etdirdiklərini xatırladan Sergey Lavrovun sözlərinin doğruluğunu təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev də eyni sözləri söylədi, istehza ilə qeyd etdi ki, ABŞ və Fransa geciksə də, yenə də əldə edilən razılığa öz müsbət münasibətlərini ifadə etdilər.

Türkiyə prezidentinin mətbuat katibi isə, NATO və AŞ-nin təmsil etdiyi Qərbin 30 ildir ki, Qarabağ qarşıdurması ilə bağlı "konkret və real təkliflər" irəli sürə bilmədiyini, Rusiya ilə Türkiyənin isə bununla bağlı qarşılıqlı razılaşma edə bildiklərini söylədi.

Qərbdə dərhal yazmağa başladılar ki, Qarabağla bağlı Rusiya-Aərbaycan-Ermənistan razılaşması Qərb üçün ağrılı bir məğlubiyyət oldu- xüsusən də Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun bu münaqişənin sülh yolu ilə həlli yollarını tapmaq üçün həmsədr olan ABŞ və Fransa üçün.

"The National İnterest" jurnalistlərinə inanırsınızsa, Qərb bu dəfə hər şeyin öhdəsindən gəlməyi bacarmadı. Hərbi əməliyyatların bərpası, imzalanmış razılaşma və Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi Qərb üçün sürpriz oldu. Qəzet bundan xəbər tutulmamasında Amerika kəşfiyyatını günahlandırdı, beləm ki, onlar Putin və Ərdoğan arasındakı danışıqlar barədə məlumat belə ala bilmədi və nəticədə ABŞ-ın bölgədəki mövqeyinin həssas şəkildə zəifləməsi oldu.

Bununla birlikdə, əslində, bu situasiyada Qərbin vəziyyəti daha da pisdir, çünki "kəşfiyyat işləməyib" bəhanəsi ABŞ-ın bu prosesdəki uğursuzluğunu ört-basdır etməyə xidmət edir.

Qarabağ nizamlanması, münaqişənin nisbətən lokal olmasına baxmayaraq, qlobal siyasi sistemin yaşadığı dəyişikliklərdə prinsipial olaraq yeni bir mərhələdir. Bu, ABŞ və Avropanın prosesin tərəfləri üçün bir anda lazımsız və istənməyən tərəfdaş olduqları ilk dəfə idi.

Son 3 onillikdə Qərb hegemonluğunun ən vacib göstəricisi onun hər yerdə olması və geniş tələbləri olmuşdur. Hər hansı bir vəziyyətdə, hər hansı bir qarşıdurmada- hətta müxtəlif ölkələrdə daxili siyasətin əhəmiyyətli bir hissəsində- həmişə Qərbə dəstək üçün müraciət edən, köməyinə ümid bəsləyən və tez-tez bu və ya digər şəkildə onu qəbul edən qüvvələr olub.

Bu yanaşmanın obrazlı bir nümunəsi olaraq, Krımda 2014-cü ilin yazında Ukrayna hərbçilərinin "Amerika bizimlədir" deyə qışqıraraq bir Rusiya hərbi obyektinə "hücum" etməyə çalışdığı epizodu xatırlaya bilərik. Bu, əlbəttə ki, gülünc görünür, eyni zamanda, planetin hər yerində- Belarusdan Venesuelaya, Suriyadan Hong Konga qədər yüksək səviyyəli insanlar da daxil olmaqla çox sayda insanın düşüncə tərzini çox dəqiq əks etdirir.

Üstəlik, bu vəziyyət, təbii olaraq, nəzarət payına sahib olmaq, ən azı dünyadakı hər problemə və qarşıdurmaya veto hüququna sahib olmaqda maraqlı olan Qərb tərəfindən məqsədyönlü şəkildə dəstəklənir. Bu, əslində, onun geosiyasi hökmranlığının əsas hissələrindən biridir.

Mövcud Qarabağ nizamlanması bənzərsiz oldu ki, bütün iştirakçı tərəflər tərəfindən Qərbdən imtina edildi. Bu, daha təsiredicidir, çünki danışıqlar prosesi açıq şəkildə asan deyildi, bu da münaqişədə iştirak edən paytaxtlarda qarşılıqlı olaraq olduqca sərt olan rəsmi açıqlamalarında əks olundu.

Bununla birlikdə, formalaşmış dünya ənənəsinə görə, öz mövqelərini gücləndirmək üçün ABŞ və ya Avropanı iştirak etməyə dəvət etsələr də, yekdilliklə "bunu öz aramızda həll edəcəyik" inamına əməl etdi.
Həqiqətən də biz bunu başa düşdük- bütün dünya ilə birlikdə Qərbi də əldə edilmiş razılaşma ilə fakt qarşısında qoyduq.

Bu, dünya sistemində xüsusi bir statusa sahib olduğunu iddia edən ABŞ-ın təsirinin başqa bir təməl daşı üçün çox güclü bir zərbə vurdu. Təcrübənin göstərdiyi kimi, daha da uğurlu olan ilk cəhd mütləq başqaları tərəfindən izləniləcəkdir.

Təəccüblü deyil ki, amerikalılar onların iştirakı olmadan baş verən prosesi təsadüfi bir kəşfiyyat uğursuzluğu kimi əsaslandırmağa üstünlük verirlər. Bu, daha rahat və sadədir, nəinki faktiki olaraq Qarabağdakı nizamlanmanın dünya siyasi sistemindəki daha bir tektonik dəyişiklik və ABŞ-ı və Qərbi bütövlükdə özünün müstəsna statusundan məhrum etməsi demək olduğunu etiraf etmək.

Müəllif: İrina Alksnis
Tərcümə: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...