YAP-ın iqtidarda olması Azərbaycanın böyük zəfərini şərtləndirdi - ŞƏRH ÖZƏL

"1992-ci ildə Azərbaycanın üzərində qara buludlar dalğalanırdı. Min əzab hesabına xalqımıza ikinci dəfə qayıtmış dövlət müstəqilliyi yenidən təhlükə altına düşmüşdü. Xalqımız və dövlətimiz üçün belə bir çətin dövürdə yeni bir siyasi gücün ortaya çıxması vacib idi. Bu elə bir siyasi güc olmalıydı ki, həm bu gücün rəhbəri dünya görmüş, təcrübəli, qətiyyətli, uzaq görən, xalqın gələcək taleyini düşündürən və düzgün qərarlar qəbul edə bilən şəxsiyyət olmalı idi, həm də bu siyasi gücdə ölkənin taleyini düşündürən ziyalı təbəqə birləşməli idi. Bu siyasi güc Heydər Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası oldu. YAP qısa bir zamanda öz ətrafında bütün Azərbaycanı birləşdirə bildi və iqtidar partiyasına çevrildi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, YAP 28 ildir ki, fəaliyyət göstərir və iqtidardadır: "Bu illər ərzində Azərbaycan dövləti bəzi ölkələrin 100 illər keçə bilmədiyi böyük inkişaf yolunu keçib. Azərbaycan pərakəndəlik və xaos içində boğulan ölkədən yüksək inkişaf etmiş, bütün vətəndaşların hüquqlarını təmin etmiş məsuliyyətli ölkəyə çevrilib. YAP yarananda Azərbaycanın torpaqları işğal altına düşmüşdüsə, bu 28 ilin nəticəsi olaraq Azərbaycan işğal altındakı bütün torpaqlarını azad etdi. YAP-ın ideologiyası azərbaycançılıq üzərində qurulub və bütün insanlara öz ölkəsini sevdirə bilib. Partiyanın nizamnaməsinin müəllifi Ulu Öndər Heydər Əliyev olub. YAP-ın nizamnaməsində nəzərdə tutulan bütün məqsədlər ancaq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, tərəqqisinə xidmət edib".

Deputat bildirib ki, Heydər Əliyevin ali siyasi ideyalarını bu gün YAP-ın sədri prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Son 17 ildə ölkə iqtisadiyatının bir neçə dəfə artması, yoxsulluğun və işsizliyin 5 %-ə enməsi, əhalinin pul gəlirlərinin 8-10 dəfə artması, ölkə iqtisadiyyatınına 100 milyardlarla dollar sərmayələrin yatırılması, güclü ordunun formalaşdırılması, kosmik sənayemizin ərsəyə gəlməsi, aqrar və sənaye sahələrində sıçrayışla inkişaf və digər əldə olunan nailiyyətlər YAP ideyalarının dövlət siyasəti ilə eynilik təşkil edilməsinin məntiqi nəticəsidir. Bu gün YAP öz 28 illiyini qeyd edəndə Azərbaycan qürurlu günlərini yaşayır. Artıq xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. YAP təsis olunanda Azərbaycanda məcburi köçkün və qaçqın problemi ilə üzləşmişdisə, artıq 28 ildən sonra Azərbaycanın məcburi qaçqını və köçkünü yoxdur. Hamı özünü xoşbəxt ölkənin xoşbəxt vətəndaşları kimi hiss edir. Məhz YAP-ın iqtidarda olması Azərbaycanın böyük zəfərə imza atmasını şərtləndirdi".

A.Badamov vueğulayıb ki, bu illər ərzində YAP öz sıralarını durmadan artırıb. "Bu gün YAP regionun ən böyük siyasi gücünə çevrilib. Bu gün YAP dünyanın ən böyük siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. Yeni Azərbaycan Partiyası hər bir azərbaycanlının sevimli partiyası olaraq ümumxalq partiyasına çevrilib Bu gün YAP-ın yaranmasının 28 illiyi olduğunu nəzərə alaraq fürsətdən istifadə edib bütün siyasi həmfikirləri bu əlamaətdar gün münasibətilə təbrik edirəm. YAP dünənin, bu günün və sabahın partiyasıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə