Paşinyan demokrat donunda olan savadsız bir diktatordur - ŞƏRH ÖZƏL

"Paşinyanla Ermənistan Konstitusiya məhkəməsi arasında qarşıdurma çoxdan var. Çünki Ermənistanda yeganə orqandır ki, Paşinyanın provokasiyalarına uymur. Daha doğrusu Paşinyanın dediklərini həyata keçirmir və çalşır ki, az da olsa konstitutsiyanı qorusun. Bu da özünü demokrat kimi cəmiyyətə təqdim edən Paşinyana sərf etmir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Paşinyan çalışır ki, bir növ Konstitusiya məhkəməsini oyundan çıxarsın: "Ona görə də, bütün qanunsuzluqlara əl atır. Ermənistandakı qarşıdurmanın da əsas səbəbi məhz hal-hazırda Paşinyanla hakimiyyət orqanları arasındakı gərginliklərdən irəli gələn bir məsələdir. Bildiyiniz kimi Ermənistanda həm Köçəryanla bağlı Rusiyanın ayrı bir mövqeyi var. Baxmayaraq ki, o, müəyyən girov əsasında azadlığa buraxılıb. Amma Paşinyanın Sarkisyana qarşı vəziyyəti kifayət qədər gərgindir. Bütün bu istefaların arxasında hal-hazırda Sarukyan-Paşinyan qarşıdurması dayanır".

C.Nuriyev vurğulayıb ki, Paşinyan hazırda Rusiya üçün də qeyri-adekvat bir insandır: "Başqa dildə desək Rusiya onu qəbul etmək istəmir. Paşinyan fikirləşdi ki, həm ABŞ-ı, həm də Rusiyanı aldada biləcək. Özünü çox ağıllı hesab edir və iki böyük dövlətlə guya ki, siyasi oyun oynayır. Amma hər dəfə həm özünü, həm də Ermənistanı daha da batırır. Ona görə də Ermənistanda gedən oyunların hamısı Paşinyanın tək diktator olmasına xidmət edən oyunlardır. Paşinyan demokrat donunda olan savadsız bir diktatordur. Siyasi cəhətdən yetkin olmayan bir şəxsdir. Ona görə də məhz Ermənistanda bu vəziyyət yaranıb".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...