Türkiyə və ABŞ Prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. SİA Türkiyənin Prezident Administrasiyasına istinadla xəbər verir ki, liderlər ikitərəfli münasibətlərlə yanaşı, regiondakı prosesləri də müzakirə ediblər.

Dövlət başçıları Suriyanın İdlib bölgəsindəki böhran vəziyyətinin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı, həmçinin Liviyada sülh və sabitliyin bərpa olunmasına dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılması üçün müzakirələrin yenidən başlanmasının vacibliyini qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə