“Əsrin müqaviləsi” bundan sonra da Azərbaycanın qüdrətini artırmağa xidmət edəcək” MÖVQE
"Əsrin müqaviləsi"nin imzalanması yalnız Azərbaycanın uzaqgörən və səmərəli enerji strategiyasının deyil, həm də ölkənin ümumi iqtisadi çiçəklənməsinin əsasını qoyub. Tarixi sənədin əhəmiyyətini daha yaxşı dərk etmək üçün biz həmin dövrü xatırlamalı, müstəqilliyimizin elan olunduğu ilk illərdə hakimiyyətin səriştəsizliyi səbəbindən ölkədəki hərc-mərcliyin hökm sürdüyünü, bütün sahələrdə anarxiyanın mövcud olduğunu, iqtisadiyyatın çökdüyünü yada salmalıyıq. Belə bir dövrdəAzərbaycanın mövcudluğunu təsdiq etməsi üçün konkret addım atılmalı idi. Məhz 1994-cü ildə Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı sayəsində imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsinə, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsinə imkan yaratdı". Bu fikirləri Olaylar.az -a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Müqavilənin yeni neft strategiyasının əsasını qoymaqla yanaşı, Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinin inkişafına, ölkəmizin xarici siyasətinin milli maraqlar əsasında davam etdirilməsinə, respublikamızın beynəlxalq mövqeyinin möhkəmlənməsinə təkan verdiyini deyən ekspert bildirib ki, "Əsrin müqaviləsi" ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.
Baş redaktor söyləyib ki, saziş imzalanana qədər heç bir dövlət Azərbaycana investisiya qoymaqda maraqlı deyildi: "Yalnız müqavilə imzalandıqdan sonra ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun tərəqqisinə də ciddi təsir göstərdi".
"Əsrin müqaviləsi" imzalandıqdan sonrakı 25 il müddətində neft strategiyası sayəsində çox mühüm hadisələrin baş verdiyini deyən B. Quliyev vurğulayıb ki, saziş bu müddət ərzində Azərbaycan tərəfindən həyata keçirilən geniş transmilli layihələrin başlanğıcı oldu: "1996-cı ildə "Şahdəniz" yatağı üzrə müqavilənin imzalanması, 1997-ci ildə "Çıraq" platformasından ilk neftin çıxarılması, 1998-ci ildəBakı - Novorossiysk neft kəmərinin bərpa olunması və neftimizin Qara dəniz vasitəsilə ixrac edilməsi, 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlininqoyulması və 4 ildən sonra istismara verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də istifadəyə verilməsi və digərləri Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının müsbət nəticələri və bəhrələridir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Yuri Felştinski: Putin taktikasını dəyişir...
Dünya 18:27Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Maraqlı 18:13CNN: Çin qurumları İrana kömək edir...
Dünya 17:42Tramp: İran nüvə silahına sahib ola bilməz
Dünya 17:24Məsud Pezeşkyan Trampla görüşməkdən imtina edib
Siyasət 16:35Jurnalistlərin IX qurultayı nə vaxt keçiriləcək?
Sosial 15:31Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
Qarabağ 15:27SOCAR və VNG strateji əməkdaşlıq haqda Saziş imzalayıb
İqtisadiyyat 15:23Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik"
İqtisadiyyat 15:16Macarıstan portalı 27 Sentyabr – Anım Günündən yazıb
Qarabağ 15:14SOCAR və SEFE enerji infrastrukturunda əməkdaşlığı genişləndirir
İqtisadiyyat 15:11Xamenei sağlamdır və...
Dünya 15:08SOCAR və "Apollo" upstream layihələrinə investisiya imkanlarını araşdıracaq
İqtisadiyyat 14:57AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
İqtisadiyyat 14:28Cəlal Qasımov: Süni intellekt dövründə bilik adi bir resursa çevrilir
İqtisadiyyat 14:15Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 13:47Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
Sosial 12:51İrana qarşı hava zərbələri bərpa edilir
Dünya 12:50Ağ Ev CNN-ə qadağa qoydu
Dünya 12:44Tramp ABŞ, Rusiya və Çin arasında danışıqlara başlayır
Siyasət 12:41Anım Günü – Zəfər tariximizin yaddaşı - ŞƏRH
Siyasət 12:37Anım Günü –Zəfər tariximizin yaddaşı - MƏQALƏ
Sosial 12:32Sərhədləri aşan etimad – ANALİZ
Siyasət 12:14Rəsm müsabiqəsinin finalçıları müəyyənləşib
Sosial 11:12Prezident İlham Əliyev Forumdan paylaşım etdi
Siyasət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



