Millət vəkili Qənirə Paşayeva Dünya Qadın Sammitində iştirak edəcək

Millət vəkili, Azərbaycanın AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Yunanıstanın paytaxtı Afinada keçiriləcək Dünya Qadın Sammitində iştirak və çıxış edəcək.

SİA-nın verdiyi məlumata görə, sammit çərçivəsində millət vəkilinin müxtəlif ölkələrin bəzi rəsmi şəxsləri, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri ilə görüşləri də olacaq.

Dünyanın 80 ölkəsindən 1 000-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə