Mətləb Salahov: "5 Orta Asiya rəhbərinin Vaşinqton səfəri onu göstərir ki, Moskva keçmiş sovet ərazilərində ciddi “qan itirir”
“ABŞ prezidenti Donald Trampın 5 Orta Asiya rəhbəri ilə Vaşinqtonda keçirdiyi son görüş həm də onilliklərdir ki, bu regionda hökmranlıq edən Rusiyaya mühüm mesaj oldu. Həm sovet dövründə, həm də 1991-ci ildən sonrakı vaxtlarda daima Orta Asiya üzərində siyasi və iqtisadi hökmranlığını, ələlxüsus da güclü təsir imkanlarını saxlamış Moskva, artıq bu gün bu mövqeyini tamamilə itirib. Belə olmasaydı, Orta Asiya rəhbərləri Rusiya üzərindən rəsmi Vaşiqntonla bu tərzdə yaxınlaşma göstərməzdilər”.
Bu fikri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov deyib. O qeyd edib ki, Orta Asiya rəhbərlərinin Vaşinqtona çağırılıb bir sıra müqavilələrə imza atmaları onu göstərir ki, Kreml keçmiş sovet ərazilərində ciddi “qan itirir”: “Diqqət edin, digər keçmiş sovet respublikalarından fərqli olaraq Orta Asiya dövlətləri daima Moskvanın sadiq tərəfdaşı kimi tanınıblar. Amma bu gün vəziyyət başqadır.
Qazaxıstanın “İbrahim Sazişi”nə qoşulması, Özbəkistanın Donald Tramp bəyan etdiyi kimi, üç il ərzində məhsul alışı və investisiyalar vasitəsilə Amerika iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacağı barədə öhdəlik götürməsi Rusiya üçün həddindən artıq siyasi və iqtisadi itkilərdir.
Bu, həm də o deməkdir ki, Kreml rəhbərlərinin qeyri-ciddi yanaşdıqları hazırkı Ağ Ev sahibi Rusiyanı ciddi təcrid siyasəti yürüdür və hələ ki, öz istəyinə tam nail olmaqdadır. Belə demək mümkünsə, hazırda Rusiya Vladimir Putinin lovğa siyasətinin qurbanına çevrilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB