Neokolonializmin baş memarı – FRANSA - ANALİTİK

Kolonializm bir dövlətin başqa xalqların, dövlətlərin, birliklərin siyasi və iqtisadi suverenliyini öz təsiri altına almasına deyilir və bunun digər adı müstəmləkəçilikdir. Müstəmləkəçilər ümumiyyətlə, istismar etdikləri ölkələrin qaynaqlarına, bazarlarına əl qoyar və eyni zamanda xalqın sosial-mədəni, dini dəyərlərinə təzyiq tətbiq edərlər. Eyni zamanda, bu sistemi qanuniləşdirmək və ya yaymaq üçün dindən də istifadə edirlər, inanclarla özlərinin əsarət altında saxladıqları insanlardan daha üstün olduqlarına hamını inandırırlar. Koloniyaçılar bu siyasətlərini digər yöndən əsaslandırmağa çalışırlar ki, guya onlar inkişaf etməmiş cəmiyyətləri rifaha qovuşdurmaq və inkişaflarında iştirak etmək məqsədiylə bu addımı atmağa məcburdurlar.
Bunu sözdə elmi nəzəriyyələrlə də dəstəklənməyə çalışırlar. XIX əsrdə Avropada yayılmış və avropalıların bütün dünyada müstəmləkəçi güc olaraq inkişaf etdirilmiş bu yanaşma zaman keçdikcə qanun halına salınmış, hətta buna qarşı çıxanlar həmin qondarma qanunla cəzalandırılmışlar. Bu tendensiya, öyrəncəlik neokolonializmin başında duran Fransada “erməni soyqırımını inkar edənlərin cəzalandırılması” ilə oxşardır. Fransa müstəmləkə qurmaq, böyük torpaqlar ələ keçirmək, böyük dövlət olmaq üçün hər cür imkandan istifadə edib, bu siyasəti bu gün də davam etdirir.

Son illər Fransanın müstəmləkəçilik siyasətinə qarşı dirəniş göstərən ölkələrin sayı artmaqdadır. Parisin əsrlər boyu əzdiyi, istismar etdiyi, yağmaladığı, sümürdüyü, məhvinə fərman verdiyi xalqlar çoxdur. Afrikadakı ölkələrin hər birinin tarixində Fransa adlı qara ləkə görmək olar. “Qara qitə” bu gün də Fransa müstəmləkəsindən qurtula bilmir. Üsyanlar, etirazlar, silahlı müqavimətlər Fransanı kolonial həvəsini söndürə bilmir, hələ də müxtəlif adlar altında öz qoşunlarını Afrika ölkələrinin ərazilərində saxlamaqdadır. Amma qovulur, həm də iti qovan kimi…

Afrikadan, müstəmləkə bölgələrindən qovulan Fransa yeni region, bölgə axtarışındadır. Sümürgəçilikdən, istismarçılıqdan, başqasının qazancı ilə yaşamaqdan başqa bir yetənəyi olmayan fransız xalqı və onun yaratdığı dövlət Cənubi Qafqaza yerləşmək, bu torpaqların bərəkətini sümürmək üçün imkan axtarırdı. Bunun üçün təkcə SSRİ-nin dağılmasını səbirsizliklə gözləmirdi, həm də həm də onun məhvini tezləşdirmək üçün min bir hiylə qururdu. Qarabağda separatçılığın çiçəklənməsində Fransanın gördüyü işlərin, xərclədiyi paraların həcminə baxsaq hər şey məlum olar.

Bu gün Fransa Ermənistanın marionet, Putini həbs etmək üçün Roma statutunu ratifikasiya edən hakimiyyətini dəstəkləyir desək azdır, idarə edir. Ermənistan Parisə olan eşqindən o qədər feyziyyab olub ki, keçmişi kimi, hətta dilini də unudub. Monoetnik, ərazisində ermənidən başqa heç bir etnik qrupun yaşamadığı Ermənistan bu gün özünü fransızdilli ölkələrin - Frankofoniya Təşkilatının bir üzvü kimi təqdim edir. Yaltaqlığın da bir həddi olarmış.

Belə ki, Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi Luiza Muşikivabonun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağdan köçən ermənilərlə həmrəy olduğunu bildirmək üçün Ermənistana gəlib. Biz səfərin təfərrüatlarına varmaq istəmirik. Düşünürük ki, təşkilatın baş katibi Ermənistana sırf siyasi sifarişlə göndərilib. Rəsmi Paris bununla 88 fransızdilli ölkənin onun bu siyasəti ilə həmrəy olduğunu nümayiş etdirmək istəyir. Amma bu hərəkəti ilə həm də özünü ifşa edir. Əslində Fransa dünyanın 5 qitəsində 88 müstəmləkəmiz var, bu ölkələrin xalqları bizim köləmizdir, deyir. Ermənistan da bu təşkilata yeni qoşulub. Əhalisinin cəmi 0,5 faizi fransız dilini yalnız lüğətdən oxuya bilən Ermənistan Frankofoniya Təşkilatına necə üzv qəbul edilib, hansı kriteriyalar əsasında, bəlli deyil. Luiza Muşikivabo bildirib ki, onlar BMT-nin bütün müzakirə və qətnamələrini izləyirlər. Baş katib təəssüflə qeyd edib ki, Beynəlxalq Frankofoniya Təşkilatının münaqişə ilə bağlı qərar qəbul etmək və ya mövqeyini bildirmək üçün mandat və resursları yoxdur. Əlbəttə, biz tarixi çox yaxşı bilirik, lakin biz öz mandatımızla məhdudlaşmışıq.

Ermənistanda isə daha maraqlı hadisələr yaşanır, Qarabağdan köçən 3000-dən çox erməni Ermənistanı tərk edib. Bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında da təsdiq edib. Paşinyan mövzu ilə bağlı nəticə çıxarmaq istəmədiyini, onların çoxunun qohumlarını görmək, onlarla vaxt keçirmək üçün getdiklərini deyib. Əslində isə, Qarabağdan ermənilərin təhriki ilə köçən ermənilər Paşinyan hakimiyyətinin, eyni zamanda, İrəvandakı ermənilərin tənələrindən qurtulmaq, ittihamlarından yaxa qurtarmaq, baş verən qanlı hadisələrin günahkarı kimi təqdim olunmaqdan, bir sözlə ayrı-seçkilkdən bezdikləri üçün Ermənistanda qalmaq istəmirlər. Ermənistandakı ermənilərin Qarabağdakı erməniləri özlərininkindən hesab etmədikləri yeni fakt deyil. Ona görə də Qarabağ erməniləri Ermənistanda qalmaq istəmirlər. Budur, ermənilərin milli siyasəti, Qarabağdakı ermənilərin İrəvan üçün bir vasitə olduqlarını yəqin ki, indi anlamış olarlar.

Olivierin Cermuk səfəri və Fransanın yeni koloniyaları

Fransanın Ermənistandakı səfiri Olivier Decotigny Avropa İttifaqının müşahidə missiyası ilə birlikdə Cermuka səfər edib. Və burada “Ermənistanın ərazilərinin bir hissəsinin Azərbaycan tərəfindən işğal olunduğuna şahidlik edib”. Görürsünüz, fransızlar nə ağıllıdırlar, bir səfərlə, bir baxışla bütün tarixi – çör-çöp yığan Müsyö Jordandan tutmuş indiyə qədər baş verənləri ortaya qoyurlar.

"Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə söyləmişdi. Dövlətimizin başçısı bildirmişdi ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

Son antiterror tədbirlərindən sonra regionda tam yeni siyasi vəziyyət yaranıb. Keçmiş münaqişədən istifadə edilərək ölkəmizə qarşı istifadə olunan təzyiqlər aradan qalxıb və münaqişələrdən yararlanmağa çalışan qüvvələri çətin duruma salıb. Hazırda dünyada bir neçə münaqişə ocağı var və bu münaqişələrin heç biri lokal, yəni, təkcə iki ziddiyyətli yerli tərəfin iştirakı ilə aparılmır. Burada münaqişəyə öz maraqları çərçivəsində təsir edən qüvvələr də var. Fransa və bir sıra digər ölkələr öz siyasətləri ilə regiona və ölkələrə daha çox problemlər yaradırlar. Məhz buna görə də bu münaqişələr uzun müddət davam edir. Azərbaycanla Ermənistan arasında keçmiş Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa problemin ölkəmizin ərazi bütövlüyü kontekstində həllini qəbul edə bilmir, çünki böyük təsir mexanizmi əllərində çıxıb. Ona görə də yeni təsir vasitələri yaratmağa çalışır, münaqişənin bitmədiyini göstərmək istəyir. Bunun üçün də Qarabağ ermənilərini alətə çevirmə istiqamətində addımlar atılır.
Fransa, ABŞ və digər bu kimi ölkələrin öz məqsədlərinə çatmaq üçün ədalətsiz qərarların qəbul olunmasında BMT-dən istifadə etməsi təəssüf doğurur. Həmin ölkələr bəşər tarixinə, insanlığa vurduqları ziyanı, həyata keçirdikləri milyonlarla insan qətllərini unutmasınlar. Dünyaya “insanlıq dərsi” keçmək istədiklərində özlərinin törətdiklərini xatırlayaraq hərəkət etsinlər. Afrikadan, Yaxın Şərqdən və Aralıq dənizi hövzəsində on illərdir taladığı xalqlar tərəfindən qovularaq çıxarılan Fransa Ermənistan vasitəsilə özünə Cənubi Qafqazda yer etmək, dünyada zəifləmiş nüfuzunu gücləndirmək istəyir. Fransanın belə hərəkətləri regionda sülhün yaranmasına deyil, münaqişənin davam etməsinə xidmət edir. Ermənistanı silahlandıracağını bəyan edən rəsmi Paris Cənubi Qafqaza xoş məqsədlərlə, iqtisadi, mədəni münasibətlərlə deyil, siyasi təxribatlarla daxil olmaq istəyir.

Regionda yaranmış yeni vəziyyətdə itirən tərəf Fransanın “kiçik bacısı” Ermənistan olacaq. Azərbaycan Fransanın ölkəmizə qarşı neokolonializm siyasəti aparmasına imkan verməyəcək. Fransada islamofobiyanın əhatə dairəsi və onun yayılmasının səbəbləri ilə bağlı müzakirələr intensivdir. Fransa neokolonializm ideyasına yenidən nəfəs verməyə çalışır. Tam əminliklə deyə bilərik ki, şəxsi maraqlar naminə Fransada demokratik ideyalar və ideallar, demokratik dövlət və təsisatlar astarının tikişləri cırılır. Müstəmləkə administrasiyası, müstəmləkə ideyasının institutlaşdırılması Fransanın tarixində qara ləkədir. Xarici deyil, məhz daxili amillər fransız millətçilərinin İslama qarşı mövqelərini dəyişməyə məcbur və sövq etməlidir. Yəni, Fransa özünü daxildən təmizləməlidir.

Fransanın siyasi leksikonunda islamofobiya anlayışı gündən-günə daha da möhkəmlənir. Hətta bu, Fransa əhalisinin bir hissəsi tərəfindən Fransa Respublikasının fundamental prinsiplərinin tanınmamasını ifadə edir və “paralel əks-cəmiyyət” yaradılması meyillərinin olduğu bildirilir. Neokolonializm doktrinasının çırağı olan Fransa müstəmləkə siyasətinə görə Avropadakı həmkarlarının liderliyini izləməyə meyilli olduğu qədər, həm də bu rəqabətdə liderdir. Fransa islamofobiyanı radikal siyasətin və sosial elitanın mərkəzində saxlayır, geniş əhali arasında yayır, xarici siyasətində dünyanı bölmək üçün hakim bir konsepsiya kimi islamofob toxumlar səpir. Makron hakimiyyətinin bildiyi ən yaxşı üsul budur.

Fransa neokolonializmi hələ də davam etdirən, müstəqil dövlətlərin daxili işlərinə kobud surətdə qarışan ölkə imicini israrla qoruyub saxlayır. Eyni zamanda bu ölkə ənənəvi vərdişlərindən hələ də əl çəkmir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Paris Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına və azadlıqlarına hörmət etmir. Bu ölkə müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, soyqırım aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Amma bunun fonunda Fransa hətta Korsika dilinə qadağa qoyur. Əli qanlı cinmayətlərə batmış Fransa etnik azlıqlar konsepsiyasını qəbul etmir. Bundan da irəli gedərək özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərir.

Nəhayət, Fransa Azərbaycan torpaqlarında münaqişə yaranan gündən erməni separatizmini açıq dəstəkləyən ölkədir. Separatizm meyllərini illərdir silah-süngü gücünə yatırmağa çalışan Fransanın erməni separatçılarına sevgisinin, onun çiçəklənməsi üçün milyardlar xərcləmək həvəsinin arxasında nə dayanır? Yaxud, Fransanı ekstaza gətirən Ermənistanın nəyi və harasıdır? Cavablar çox maraqlı olardı…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə