Min illərdən min illərə kim yaşayıb, kim qalacaq?

ƏLİ ŞİMŞƏK

(Poemadan bir parça)

Yeni əsr,

yeni min il.

Fikirləşib

çalışaraq

neçə beş il,

neçə on il

bu şerimi

yazdım ki,

mən

dahilərin

kölgəsində,

daldasında

rahat-rahat

nəfəs alam,

bir dincələm,

dahilərin

gur səsində

bəlkə qalam

minilliklər

səhnəsində

mən də,

mən də...

Daxilimdən

yenə “mən”lər

hiddət ilə

səsləndilər:

Yanılırsan,

Əli Şimşək,

yanılırsan!!!

Dünyanı

lərzəyə salan

qədim Roma

sərkərdəsi

Antoninin

min illərdən

gəlir səsi.

Cəm eləyib

saysız qoşun, neçə igid sərkərdəni

yürüş etdi

işğal üçün

Azərilər vətənini.

Bu torpaqda

düşüb dara

əli yalın,

üzü qara

həzər çəkib

döndü geri,

zəbun oldu

əsgərləri.

Xaqanların

şah xaqanı

kim tanımır

Çingiz xanı?!

O möhtəşəm

sülalənin

son nəslinin,

son oölunun

bu torpaqda

axdı qanı.

Yeri, göyü

ram eləyən

böyük Qacar

hər tərəfə

uzatdı əl...

Bu cəsurlar

Torpağında

Tapdı əcəl.

İkiüzlü,

yaltaq,

xain,

əsfəl,

fahişələr

sinəsindən

süd əmənlər

Qarabağa

qan ağiadır.

Bətənimi bürümüşdür

yaşıl çadır,

göy çadır.

Millət

indi intizarda,

çox dardadır.

Vətənimin

o ərləri,

ərənləri

görən indi

bəs hardadır?!

İgid oğlum!!!

Qorqud babam!!!

Cəsur qızım!!!

Tomris anam!!!

Şah Nüşabəm!!!

Hayqırıram

var səsimlə,

dahilərdən

qüvvət alan

nəfəsimlə:

-Min illərdə,

əsirlərdə

Qarabağın

göz yaşını

öz əliylə,

əməliylə

silən kəslər

yaşayacaq!!!

Qəmli-qəmli

boynun əyən,

gözlərindən

yaş yerinə

qan ələyən

Xarı bülbül

vətənini,

Cıdır düzü-

gözəllərin

oylağını,

ulu Vaqif,

İbrahim xan

Torpağını,

su yerinə

od püskürən

bizim İsa bulağını,

əsirlikdən

xilas edən

yaşayacaq!!!

Murovdağda

qar üstündə

qanı qalan,

dağ qürurlu

Laçınımda

şəhid olan,

Qubadlıda

döyüşlərdə

adı qalan,

Cəbrayılda

gözü yaşlı

Qaramanlar

türbəsini,

Xudafərin

Körpüsünü,

Dirilinin

sazı,sözü,

özü qalan

Diridağı,

Zəngilanda

həsrət ilə

yol gözləyən

Çinarlığı

Geri alan yaşayacaq!!!

Qarabağda

babaların

tapdalanan

qərib qəbrin

öpən əsgər

yaşayacaq!!!

Şəhidlərin

küskün ruhun

sevindirən,

ovunduran

yaşayacaq!!!

Bətənimin

Təbrizimdən

Dərbəndəcən,

İrəvandan

Göyçə gölüm

“Sevanacan”,

gün doğandan,

gün batana

parçalanmış yarasına

məlhəm qoyan

övladları

yaşayacaq!!!

Kim ömrünü

Qurban verib,

millətimə,

vətənimə,

kimdə varsa

insanlığa

gözəl duyğu,

gözəl niyyət

onu sevir

ana yurdum,

onu sevir

bəşəriyyət!!!

2000-ci il.

Min illərdə,

əsrlərdə,

Azərbaycan tarixində

millətimin ürəyinə

zəhər saçan,

bir namərdin,

nanəcibin,

bişərəfin

gülləsitək

köksündə

min sağalmaz

yara açan

erməni tikanını

çıxarıb yox eyləyən

Azərbaycan xalqının

İLHAMI yaşayacaq!!!

Millətimin parçalanmış

yarasına,

on illərlə sağalmayan

erməni xorasına

məlhəm qoyan

əsgərlərim yaşayacaq!!!

21 oktyabr 2020-ci il.

VƏSİYYƏT

Bir gözüm yaylaqda - şehli çəməndə,

o biri dağların bəyaz buzunda.

Bir gözüm Gəncənin qaymağındadı,

biri padarçölün bal qarpızında.

Bir gözüm Muğanını barlı çölündə,

biri qarlı Qaxın gözəl yazında.

Bir gözüm Alimin segahindadı,

biri Ədalətin telli sazında.

Bir gözüm Bəxtiyar “Muğam”ındadı,

biri Zeynəbimin xoş avazında.

Bir gözüm kəklikdə, turacda qaldı,

biri pərvaz edən Quba qazında.

Bir gözüm bal dadan meyvələrdədi,

o biri bulaqlar gözündə bitmiş

min dərdin dərmanı

dağ yarpızında.

Bir gözüm səmada - qara buludda,

biri ala gözlü “danulduzu”nda.

Bir gözüm limonda, əncirdə,narda,

Biri Lənkəranın gözəl qızında.

Bir gözüm gözəlin simasındadı,

Biri qürrəsində, ədasındadı.

Gözüm gözəllərin şuxyerişində,

Şirin ləhcəsində, xoş gülüşündə,

məni dara çəkən işvə nazinda…

Gözüm Kəlbəcərin İsti Suyunda,

İsa Bulağında, Cıdır Düzündə,

Laçın dağlarının bulaqlarında,

cənnət Qarabağın oylaqlarında,

Xarı bülbüllərin soraqlarında,

gözəl çiçəklərdə, güllərdə qaldı,

bizim dogma, əziz ellərdə qaldı.

Bilirəm yetişir ömrümün sonu.

Vəsiyyətim budur:

Dəfhn edin məni

elə torpaqdaki, elə yerdəki,

əsir Qarabağı azad eyləyən

igid əsgərlərin ayaqlarında

yayılsın Şuşaya nəşimin tozu!

Dözə bilməyirəm,

dözmürəm daha!!!

Sizallah, bupayız

Dəfn edin məni.

Dəfn edin ömrümün bu payızında,

bupayızında…

Sentyabr 1999-cu il

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...