Monteneqro dağlarında güclü yanğın baş verib...

Monteneqro dağlarında güclü yanğın baş verib. Bu barədə hadisə yerindən olan şahidlər məlumat verib. Yanğın İqalo kurort şəhəri yaxınlığındakı dağlarda baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, alov sürətlə yayılaraq yaşayış binalarına yaxınlaşır.

Bundan əlavə, yanğın Xorvatiya ilə sərhədə doğru irəliləyir. Njivica kurort kəndi də yanğın yerinin yaxınlığında yerləşir; çoxlu turist şəhərdə dayanıb.

...Qeyd olunur ki, yanğınsöndürənlər yanğın başlayandan cəmi 10 dəqiqə sonra hadisə yerinə gəliblər.

Mümkün itkilər barədə hələlik məlumat yoxdur.

Bundan əvvəl İraqda da böyük yanğın baş verib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə