Firdovsi Ələmoğlu

Vətən əvəz olunmaz

İtirsək oğulu, itirsək qızı
Qınamayın məni yenə taparıq
Versək əlimizdən torpağımızı,
Itirsək vətəni əvəz tapmarıq

Ana qucağıdır Vətən hər kəsə
İtirsək ananı, yetim qalarıq
Anasız sığınnıq yenə bir kəsə,
Özgə vətəninə biz sığınmarıq.

Qeyrət zamanıdır, düşünək bir az,
Vətənsiz heç zaman millət olmarıq.
Quruyar sevincdən bir gün Xan Araz,
Birləşib əvvəlki vətən olarıq.

04.04.2017

O, MƏNİM İLHAMIMDIR!

Ölkənin qüdrətini, millətin qeyrətini,
Bilə-bilə gəldi o,
Gələcəyin nurunu, xalqının uğrunu görə-görə gəldi o,
İlahidən payımız, ən böyük imdadımız,
Biz deyirik hamımız,
Alacaq İlhamımız!

Doğuldu günəş kimi, bizi isitsin deyə,
Şəfəqlərin yaydı ki, gözümüz görsün deyə,
Son qoydu avamlığa, əbədi mütiliyə,
Güvəncimdir, hayımdır,
O, mənim İlhamımdır!

Var balaca ölkəsi, lakin ucadır səsi,
Qurur, yaradır hər gün, tükənməzdir həvəsi,
Arxasında görür o, Tanrını, müəddəsi,
Güvəncimdir,hayımdır,
O, mənim İlhamımdır!

Uğurları günbəgün artır, çoxalır onun,
Başqa yolugetməyir, gedir Allahın yolun,
Əzəmətlə yeriyir, o, görür sağın, solun,
Güvəncimdir,hayımdır,
O, mənim İlhamımdər!

Döndəribdir ölkəni, böyük iqamətgaha,
Düşmən onu vrammaz, yaxın durmaz bir daha,
Ümidlərlə boylanır Azərbaycan sabaha,
İlham kimi qeyrətli, Mehribantek İsmətli
Həm oğl, həm qızı var,
Onlar mənim payımdır,
Güvəncimdir, hayımdır.

Əməli məşəl kimi, İşıq saçır dörd yana,
O, gücünü göstərir, gücün bilməz hədyana,
Düşmən kimdir ki, onun qabağında dayana,
Alınmaz qaladır o, xarüqələr yaradır,
Güvəncimdir, hayımdır,sevincimdən payımdan,
O, mənim İlhamımdır!
O, mənim İlhamımdır!

24.11.2013

Ulu Öndər

Ulu öndər ulusan,
Ululardan ulusan.
İşinlə əməlinlə,
Gözəl dövran qurmusan!

Davamçındır İlhamın,
Mat qoyubdur bil hamın.
Sən getdiyin yolların,
O, gedəcək davamın!

Tikir , qurur , yaradır,
Bakımız bir qaladır.
Çırmayıbdır qolunu,
Xarüqələr yaradır!

Atasının oğludur,
Yerişi qürurludur.
Görmədiyi işlərin,
Yerini o doldurur!

İşləməkdən yorulmur ,
Tikir uca binalar.
Gündə bir körpü salır
Adam buna mat qalar!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...