İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. SİA xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Hazırda müvafiq qurumların nümayəndələri jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə