Bronxial astma necə və niyə yaranır?

Bronxial astma bronxların xroniki allergik iltihabi prosesidir,bu iltihabi proses nəticəsində hiperreaktivlik yaranır.

Hiperreaktivlik fonunda xəstədə təkrar-təkrar fitverici xırıltılar,təngnəfəslik,döş qəfəsində ağırlıq hissi və quru öskürək(gecə saat 4-5 də və ya səhərə yaxın) olur .

Bu simptomlar obstruksiya ilə bağlıdır.Obstruksiya geri dönəndir. Diaqnoz vaxtında qoyulmasa,və ya müalicə düzgün aparılmasa 1 ildən sonra bronx divarında struktur dəyişiklik baş verir. Bronxial astma ağırlıq dərəcəsindən asılı olmayaraq tənəffüs yollarının xroniki iltihabıdır.İltihabın inkişafı nəticəsində xəstədə 4 tipli bronxobstruksiya yaranır:

-Kəskin bronxospazm

-Bronx divarının ödemi

-Bronx divarının seliklə bağlanması-tıxac

-Bronxların divarının struktur dəyişikliyi

-Ən xarakterik simptomlar:ekspirator təngnəfəslik (nəfəsvermənin çətinləşməsi)və ya epizodik öskürək tutmaları

(əsasən gecələr),uzaqdan eşidilən fitverici xırıltıların yaranması,döş qəfəsində ağırlıq hissi.

Xəstəliyin əsas diaqnostik göstəricisi simptomların spontan olmasıdır.Simptomlar gün ərzində dəyişir.Allerqoloji anamnez dəqiq toplanmalıdır. Simptomların mövsümdən asılılığına,ailə anamnezində allergik xəstəliklərin olmasına diqqət etmək lazımdır.

Simptomlar dəyişkən olduğundan xəstənin ilk müayinəsində aşkar olunmaya bilər.Kəskinləşmə dövründə ekspirator təngnəfəslik,nəfəsalmada burun qanadlarının gərginləşməsi,oyanıqlıq,fasiləli nitq,köməkçi əzələlərin tənəffüs aktında iştirakı,daimi və ya epizodik öskürək,nəfəsvermədə distansion fitverici xırıltılar xarakterikdir.

Pasient astmaya xarakterik məcburi vəziyyət alır və xəstəliyin yüngül gedişlərində normal aktivliyini saxlayır.Diaqnozu dəqiqləşdirmək üçün laborator və instrumental müayinələr aparılmalıdır.

-Bronxial astma müalicəyə çətin tabe olur.Klinikamızda tətbiq olunan Biotənzimləyici terapiyada bu xəstəliyə fərqli yanaşılır və xəstəlik uğurla müalicə olunur

Bütün xəbərlər Facebook səhifəmizdə