Günəş allergiyasına qarşı nə etməliyik?

Ümumiyyətlə yay aylarında baş verən günəş yanığı günəş allergiyası ilə qarışdırıla bilər. SİA xəbər verir ki, günəş allergiyası halında diş pastası və qatıq kimi maddələr əsla dəriyə sürülməməlidir.

Günəş allergiyası ilə gün yanığı arasında fərq qoymaq lazımdır. Bir çox insan günəş yanığı və günəş allergiyasının eyni olduğunu düşünür. Günəş allergiyası çox nadir görülən bir sağlamlıq problemidir. Günəş allergiyası özünü günəş çıxan kimi başlayan qaşınma, qızartı, şişmə ilə özünü biruzə verir. Əslində günəş allergiyası həssaslıq reaksiyasıdır.

Bədənin günəş şüalarına qarşı reaksiyasıdır. Ancaq hər qızartı günəş allergiyasına işarə deyil. Günəş yanığı isə həddindən artıq günəşə məruz qalan insanlarda yaranan dərinin qaralmasından əvvəl baş verən prosesdir. Günəş allergiyası qadınlarda kişilərə nisbətən 3 qat daha çox görülür.

Günəş alergiyasının əlamətləri nələrdir?

qaşınma, sancma hissi, dəri üzərində qırmızı rəngli ləkələr günəş allergiyasının simptomlarıdır.

• Aşağı qan təzyiqi ola bilər.

• Şiddətli baş ağrısına səbəb ola bilər.

• Bulantı ola bilər.

• Nəfəs almaqda çətinlik yaşana bilər.

Günəş yanığı günəş işığının təsirindən yaranan bir vəziyyətdir. Uzun müddət qorunmadan günəş altında qalmaq dəri yanıqlarına səbəb olacaqdır. Ancaq günəş allergiyasının əmələ gəlməsi üçün 1-2 dəqiqə də olsa günəşin altında qalmaq kifayətdir. Əslində günəşə alergiyası olanlarda qaşınma, şişmə, yanma və sancma kimi reaksiya meydana gəlir. Günəş yanığı, bədənin günəşlə təmasda olan açıq yerlərində ən tez 15-20 dəqiqə ərzində meydana gəlir. Qaradərili insanlarda dərinin qaralması, ağ və qırmızı dərili insanlarda qızartı kimi meydana gəlir. Tünd dərili insanların yanıq inkişafı ağ və qırmızı dərili insanlara nisbətən daha uzun sürər.

Uzun müddət yanma dəridə düzəldilməz DNT zədələnməsinə, bədxassəli melanoma olaraq bilinən dəri xərçənginə və göz ətrafındakı dərinin erkən yaşlanmasına səbəb olacaqdır. Bunun üçün günəş şüalarının zərərli təsirlərindən qorunmaq lazımdır. Qırmızı ləkələr və ya zolaqlar ilə özünü göstərən günəş allergiyası ağrılı və qaşıntılı bir prosesin başlamasına səbəb olur. Uzun və ya qısamüddətli ola bilən allergiya günəşə məruz qaldıqdan dərhal sonra başlayır və bədənin bu vəziyyətə niyə reaksiya verdiyi dəqiq bilinmir. Xronikləşən günəş allergiyası müalicə edilə bilər.

Günəş allergiyasına qarşı nə etməliyik?

Günəş yanığı qışda qardan əks olunan şüalarla da baş verərsə, günəş allergiyası yayda ən çox görülür. Günəş allergiyası olanlar yayda tətilə çıxmazdan əvvəl bir dermatoloqdan məsləhət almalıdırlar. Dəri allergiyası olanlar zərərli günəş şüalarından qorumaq üçün əlavə tədbirlər görməlidirlər.

Günəşin zərərli təsirlərindən qorunmaq üçün 11:00-16:00 arasında uyğun günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir.

Bədənin D vitamini sintezinə olan ehtiyacının 90%-i dəri tərəfindən günəş işığı ilə qarşılanır. Dərinin istehsal etdiyi D vitamini qışda günəş işığının az olduğu hallarda anbarda saxlanılır və istifadə olunur. Günəş şüalarının tam yuxarıda olduğu günorta 10-15 dəqiqə günəş vannası qəbul etmək D vitamininin sintezi üçün kifayətdir. Şapka və eynək mütləq günəş allergiyasından qorunmaq üçün istifadə olunmalıdır.

Nəfəs ala bilən parçadan hazırlanmış uzun qollu, açıq rəngli geniş paltarlara üstünlük verilməlidir.

Yaz mövsümündə günəş allergiyası olan uşaqlar üçün daha çox tədbir görülməlidir. Günəşdən qoruyucu krem ​​istifadə etmədən onları heç vaxt günəşə çıxarmaq olmaz. Uşaqlar suya girəndə və çıxanda hər dəfə günəşdən qoruyucu krem ​​yenilənməlidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə