Həkimdən valideynlərə xəbərdarlıq: "Uşaqlarda diş əti problemləri olduqca ciddi məsələdir"
Uşaqlarda süd dişlərinin daimi dişlərlə əvəz olunma dövründə diş ətində yaranan problemlər, valideynləri ən çox narahat edən mövzulardandır. Həkim-stomatoloq Gunay Ələkbərova SİA-ya açıqlamasında bilirib ki, bu məsələnin daima diqqətdə saxlanılması, uşağların gələcək sağlamlığı baxımından olduqca önəmlidir:
"Uşaqlarda ilk çıxan dişlər süd dişləridiki onların sayı 20 ədəd olur. Ikl süd dişləri 6-8 ayınnan çıxmağa başlayır. Süd dişlərinin tam çıxma dövrü 5-6 yaşında başa çatır. 6 yaşdan sonra isə uşaqlarda süd dişləri yeni dişlərlə yəni, dimi dişlərlə əvəz olunur. Dişlərin dəyişmə dövründə diş ətlərində bir sıra problemlər ortaya çıxırki bunlardan ən mühüm problem diş ətində və diş əti məməciklərində yaranan problemlərdir.
Artıq diş dəyişmə dövründə süd dişləri vaxtından tez çürüməyə meyilli olduqları üçün, burada bir cox bakteriyaların əmələ gəlməsi baş verir. Vaxtinda müalicə olunmayan süd dişləri tez çürüyür, tacları dağılır, nəticədə sovrulmamış köklər qalır. Buda daimi dişlərin çıxmasına ortodontik problem yaradır, həmdə orda olan bakteriyalar və cıxmamış çürük köklər diş əti iltihabına gətirib çıxarır. Uşaqlarda diş əti problemləri olduqca ciddi məsələdir. Valideyinlər buna həssas yanaşmalıdır. Bəzən valideyinlər "Süd dişləridir onsuzda tezliklə dəyişəcək" deyib süd dişlərinin müalicəsinə məsuliyyətsiz yanaşırlar. Süd dişlərinin çürüməsi ilə yanaşı diş ətinə belə nəzər yetirmirlər. Lakin bu olduqca səhv fikirdir.
Dişlərin və diş ətinin müalicəsini elə uşaq yaşıda ikən başlamaq lazımdır. Uşaqları vaxtlı vaxtında Somatoloq müayinəsinə aparmaq mühüm şərtdir. Süd dişləri vaxtında müalicə olmazsa və erkən diş əti xəstəlikləri problemləri aradan qalxmazsa bu gələcəkdə uşağın ağız boşluğunda ciddi fəsadların , habelə bir cox xəstəliklərin (kataral gingivit, paradantit və paradantoza) əmələ gəlməsinə gətirib cıxardir. Buna görədə ilk çıxan dışləri yəni süd dişlərini qorumaq, onları vaxtlı vaxtında yumaq lazımdır Süd dişləri vaxtından tez çıxarmaq olmaz. Hər bir süd dişini qoruyub saxlamaq, onları müalicə etmək lazımdır. Bu, uşaqların gələcəkdə ortodantik qüsurlardan yaranmasının qarşısını alır və eyni zamanda onları ağız boşluğunu bakteriya və mikroblardan qorumuş olur. Süd dişləri mühüm dişlər sayıldığı üçün onları qorumaq şərtdir. Süd dişlərini qoruyub saxlamaq uşaqlarda qidanı daha yaxşı, daha rahat çeynəyərək həzm sisteminə müsbət təsir göstərir. Buda gələcəkdə sağlam həzm sisteminə malik olmaq deməkdir. Əğər vaxtıda süd dişləri müalicə olunmazsa və ya vaxtından əvvəl süd dişləri çəkilərsə, bu uşaqlarda həzm sisteminin pozulmasına və mədə bağırsaq infeksiyalarına gətirib cıxarır. Mədə bağırsaq infeksiyaları ilə yanaşı, bu problem diş əti xəstəliklərinə gətirib cıxarır.
Uşaqlarda diş əti xəstəlikləri diş dəyişmə dövündə baş verir. Bu zaman diş ətində giperimiyalar, qızartılar, aftalar əmələ gəlir. Uşaqların ağız boşluğundan xoşa gəlməz qoxular gəlir. Valideyinlər bundan cox narahat olurlar. Ancaq bu vaxtı onlar həkimə müraciət edirlər. Uşaqlarda diş əti problemlərini ciddi şəkildə müalicə etmək düzgün sayılmır. Belə halda onların yüngül yerli müalicə, diş ətlərinə gel və mazlar tətbiq olunur. İmmun sistemini qaldırmaq üçün onların biostimulyatorlar və bitki tərkibli qarqaralar yazılır. Yaxşı olar ki, valideyinlər uşaqlara diş dəyişmə dövründə profilaktik olaraq bitki tərkibli ağız yaxalayıcıları versinlər. Ümumiyyətlə, ağız yaxalayıcılarından nəinki diş dəyişmə dövründə, yaz və payız aylarındada istifadə olunarsa, gələcəkdə də sağlam diş ətinə nail olmuş olarıq. Tovsiyyə olunur ki, daimi olaraq dişlərimizə necə qulluq ediriksə, süd dişlərimizə və diş ətlərimizə də o şəkildə qulluq etsək, bu gələcəkdə sağlam ağız boşluğuna sahib olmaq deməkdir."
Bütün xəbərlər Facebook səhifəmizdə