...Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampı Ukrayna münaqişəsinin həlli üçün məsuliyyəti ABŞ-dan Avropaya keçirməkdə ittiham edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, Trampın Aİ-nin dəstəyi ilə Kiyevin öz ərazilərini geri ala biləcəyi barədə sözlərini xatırladıb.
Tusk sosial media hesabında yazıb: "Bu heyrətamiz nikbinliyin arxasında ABŞ-ın iştirakının azaldılması və müharibənin sona çatması üçün məsuliyyətin Avropaya ötürülməsi elan edilir. İllüziyalardan daha yaxşı həqiqətdir"...
Bundan əvvəl “The Daily Telegraph” yazıb ki, Tramp Ukraynaya dəstəyi Avropa və NATO-ya keçirməyi planlaşdırır.
Bundan başqa, Financial Times qeyd edib ki, Aİ ABŞ prezidentinin Ukraynanın hərbi uğursuzluqlarına görə onları günahlandıracağından ehtiyat edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB