Avtomobil bir qrup bağça uşağını vurub...

...10 uşaq yaralanıb

Yaponiyanın Hiqasiura şəhərində avtomobil bir qrup bağça uşağını vurub, azı 10 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Xəsarət alanlar arasında bağça tərbiyəçilərinin də olduğu bildirilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Həmçinin, avtomobilin 70-80 yaş aralığında olan sürücüsü özünü pis hiss edib, xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisənin səbəbini araşdırır.

Qeyd edək ki, son illərdə Yaponiyada yaşlı sürücülərin törətdiyi yol qəzaların sayı artıb.

Yerli polis səhhətlərində qeyri-müəyyənlik hiss edən yaşlıları sürücülük hüququndan könüllü imtina etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə