Rəqs edən kişi yolda döyüldü

Krasnodarda yolda ləzginkanı rəqs etmək üçün avtomobildən düşən kişini bir neçə yerli sakin döyüb.

SİA bu barədə “Komsomolskaya Pravda”ya istinadən xəbər verir.

Qeyd edək ki, “Komsomolskaya Pravda”nın yayımladığı kadrlarda təxminən beş nəfərdən ibarət yerli sakinin rəqs etmək istəyən kişini necə təpikləyib yola yıxdıqları göstərilir. O da bildirilir ki, yerli sakinlərin adam döyməklə bağlı ilk əməlləri deyil.

O da qeyd edilir ki, döyülənlər hələ ki, polisə müracət etməsələr də, amma Krasnodar polisi özü tədqiqata başlayıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl oxşar hadisə Kaluqa vilayətində də yaşanmışdı. Amma orada krasnodarlılardan fərqli olaraq, yolda olan sürücülər avtomobillərini saxlayıb rəqqasları alqışlamışdılar. Polis sirenalarının səsləri eşidilən vaxt “rəqqas”lar avtomobillərə minib uzaqlaşmışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə