Ötən gün təhvil götürülən silah-sursatın sayı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 3 alışdırıcı, 5 tüfəng və 26 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə