Zərdabda kanalda qumbara və pulemyot tapılıb

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalında qumbara və pulemyot tapılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə