TQDK Təhsil Nazirliyinin təklifindən imtina etdi

Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin nazirliyin TİMS məlumat bazasında problemlər olması ilə bağlı dediklərinə münasibət bildirib. O bildirib ki, Təhsil Nazirliyinin məlumat bazasında heç bir problem yoxdur. Onun sözlərinə görə, imtahan nəticələri nazirliyə daxil olduqca, attestatlar veriləcək: "Bir gündə 20 mindən çox attestatı verdik. Qalanlar da veriləcək. bununla bağlı problem yaratmaq lazım deyil".

M.Mərdanov qızıl medallara layiq görülən şagirdlərlə bağlı bir söz demək istəmədiyini deyib: "Ötən il bu imtahanları biz keçirmişdik və 53 nəfərə medal verdmişik. Hələlik mənim bu barədə bir fikrim yoxdur. Təklif etmişdim ki, medalları TQDK versin, onlar bundan imtina etdilər. məktəb direktorlarına məktub göndərilib ki, medala namizəd olan məzunlara hələlik attestat yazmasınlar. Respublika üzrə onların ümumi sayı bəlli olduqdan sonra səmərəli qərar qəbul edəcəyik. Hələlik orta məktəblərdə buraxılış imtahanları bitməmiş bu haqda danışmaq tezdir".

Bütün xəbərlər Facebook səhifəmizdə