Azərbaycan turistləri qarşılamağa hazırdır? - ARAŞDIRMA

İnsanlar hər il tətil planları qururlar. Bu tətil planları bəzən səyahət, bəzən təhsil, bəzən də müxtəlif məqsədlər üçün hazırlanır. Turizm bir çox məqsədlərin meydana çıxması nəticəsində yaranıb. Həmçinin, turizm ölkələr üçün çox mühüm gəlir mənbəyi yaradıb.

Turizm nədir?

Turizm səyahət etmək, əylənmək, tanış olmaq və s. deməkdir. Turizm dörd fəsildə heç bir mövsüm fərqi olmadan həyata keçirilə bilər.

Turizmin məqsədi müxtəlif səbəblərdən ola bilər. Geniş struktura malik olduğu üçün turizmi bir çox fərqli aspektdən qiymətləndirmək mümkündür. Turizm həyata keçirilmə üsuluna görə bir çox müxtəlif növlərə bölünür.

Turizmin növləri hansılardır?

Turizm bir çox fərqli məqsədlərə xidmət edir. Ümumiyyətlə səyahət məqsədi ilə edildiyi düşünülən turizm əslində bir çox fərqli məqsədlər üçün edilə bilər. Buna görə də turizmin müxtəlif növləri yaranmışdır.

Adam sayına görə:

Fərdi Turizm: Adından da göründüyü kimi insanların tək başına etdikləri bir turizm növüdür.

Kütləvi Turizm: Turlar ümumiyyətlə kütləvi turizmdə istifadə olunur. Turlar vasitəsilə edilən turizmə kütləvi turizm deyilir.

Qrup turizmi: Qrup halında həyata keçirilən turizm fəaliyyətlərinə qrup turizmi deyilir. Məsələn, tələbə qrupu ilə turizm.

Gedilən yerə görə:

Daxili turizm: Daxili səyahətlərə daxili turizm deyilir.

Xarici turizm: Turistlərin öz ölkə sərhədlərindən kənara çıxdıqları yerlərə xarici turizm deyilir.

Turistlərin yaşına görə:

Gənclər Turizmi: Bu qrupda turizmlə məşğul olanlar 15-24 yaş arasındadır.

Böyüklər Turizmi: Turistlərin yaşı 25-60 arasındadırsa, buna böyüklər turizmi deyilir.

Üçüncü Çağ Turizmi: 60 yaşdan sonra edilən turizmə üçüncü yaş turizmi deyilir.

İştirakçıların sosial-iqtisadi vəziyyətinə görə:

Sosial Turizm: Orta gəlir səviyyəsi olan insanlar tərəfindən edilən bir turizm növüdür.

Lüks Turizm: Yüksək gəlirli insanların turizm fəaliyyətləri lüks turizm kimi tanınır.

Məqsədlərinə görə turizmin növləri:

Sağlamlıq turizmi: Sağlamlıq və müalicə məqsədi ilə turizmi əhatə edən bir növdür.

İnanc turizmi: Dini turizm dini mənada əhəmiyyətli yerlərin ziyarəti ilə ortaya çıxdı.

Dəniz Turizmi: İstirahətlərini dənizə gedərək keçirən turistlər dəniz turizmi edirlər.

Təhsil Turizmi: Təhsil məqsədi ilə edilən turizm növüdür.

Yaxta Turizmi: Yaxta turizmi, yaxtadan istifadə edərək tətilə verilən addır.

Mağara Turizmi: Müxtəlif mağaraları gəzmək üçün mağara turizmi həyata keçirilir.

Dağüstü turizm: Buraya yaylada dincəlmək və istirahət etmək istəyən turistlər daxildir.

Qış Turizmi: Qışda turizm fəaliyyəti qış turizmi kimi tanınır.

Mədəniyyət Turizmi: Mədəniyyət turizmi yeni mədəniyyətləri tanımaq və yeni məlumatlar öyrənmək məqsədi ilə həyata keçirilir.

İdman Turizmi: İdman fəaliyyətini özündə birləşdirən turizm növüdür.

Ovçuluq Turizmi: Ovla maraqlanan turistlərin etdikləri turizmə ov turizmi deyilir.

Turizm hər sahədə çox önəmlidir. Turizm sayəsində insanlar vaxtlarını ən yaxşı şəkildə keçirərkən, ölkələr iqtisadi qazanc əldə edirlər. Ölkələr iqtisadi cəhətdən qazanc əldə etdiyi halda, şəhərlər bu qazancdan faydalanır.

Xüsusilə, bir çox şəhərlər turizm bölgələri adlanır və hər il milyonlarla insanı özünə cəlb etməyi bacarırlar.

Verdiyi faydalar sayəsində turizmin əhəmiyyəti günü-gündən artır. Ona görə də hər bir ölkə turizmə böyük əhəmiyyət verir və bu mövzuda xüsusi araşdırmalar aparır.

Bəs, rayonlarda turizm hansı səviyyədədir? Ümumiyyətlə, ölkəmizdə turizm necə inkişaf edir? Yay sezonunda rayon turizm bazaları qonaqları qarşılamağa hazırdır? Qiymətlər və vəziyyət hansı yerdədir? SİA mövzu üzrə araşdırma apararaq turizm üzrə ekspertlərin, deputatların, iqtisadçıların və məkan sahiblərinin fikirlərini öyrənib.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov: “2020-ci ildən bu yana dünyada və ölkəmizdə qlobal olaraq pandemiya davam edirdi. Həmin illərdə Covid-19 pandemiyası turizmi sıfır vəziyyətinə gətirib çıxardı. Ölkələrdə sərhədlərin bağlı olması ilə bərabər heç bir cəhətdən turist qəbulu və göndərilməsi mümkün deyildi.

Hal-hazırdakı vəziyyətdə isə karantin qaydalarının yumşaldılması və ölkədə olan məhdudiyyətlərin aradan qaldırılması ilə turizmin daha çox canlanmasının şahidi ola bilirik. İndiki vəziyyətdə də ölkəyə 2020-2021-ci illərlə müqayisədə daha çox turist gəlməyə başlayıb. Bu rəqəm yay sezonunda 2 dəfəyə qədər artacaq. Bu baxımdan düşünürəm ki, ölkəmiz hal-hazırda turistlərin qəbuluna tam şəkildə hazırdır. Regionlarımızda isə ictimai iaşə obyektləri, otellər və digər turizm yönümlü obyektlər tam şəkildə hazırlıqlarını tamamlayıblar.

Ümumiyyətlə, pandemiya zamanı gördük ki, yerli vətəndaşlarımız daxili turizmdən daha çox istifadə etməyə başladı. Bu da regionlarda olan otel və ictimai iaşə obyektlərinin işlərini daha yaxşı səviyyədə qurmasına gətirib çıxardı. Yəni, bu vaxta qədər özlərində olan boşluq və çatışmazlıqları aradan qaldırdılar ki, ketləvi turist axınına cavab verə bilsinlər. Bu da onu deməyə əsas verir ki, regionlarda olan turizm yaxşı səviyyədədir. Şərait də əvvəlki illərə nisbətən daha da yaxşılaşdırılıb.

Ölkəmizdə turizm 2022-ci il başlayandan 70-ə yaxın ölkə sərhədləri açıqdır. Bu da turizmin inkişafına gətirib çıxarır. Yeni növ turizm növlərinin tətbiqi də artıq başlayıb. Bu da yeni gələn turistlərin marağına səbəb olur.

Təəssüflər olsun ki, hal-hazırda quru sərhədlərimiz bağlıdır. Bu dövrdə də turizmin daha da sürətli inkişafı ləngiyir. Quru sərhədi turizm üçün vacib bir amildir. Çünki ölkəyə gələn turistlərin sayı heç də az deyil. Bu kimi turistlər quru sərhədləri bağlı olduğu üçün ölkəmizə gələ bilmir. Bu səbəbdən də biz bu turistləri itiririk.

Region və paytaxtdakı otellər yay sezonuna tam şəkildə hazırdır. Otellərdəki doluluq sayına baxsaq, həftə sonları bu say maksimum həddə çatır. Restoranlar da buna mütənasib olaraq maksimum dolur.

Qiymətlər bütün dünyada olduğu kimi yay sezonunda hər zaman yüksəlir. Bu yüksəklik də tələbatdan asılıdır. İnsanlar yayda daha çox istirahət etdiyi üçün qiymətlər də buna uyğun artırılır. Artımın qarşısını almaq üçün rəqabət mühitini daha da yaxşılaşdırılmayıb. Rəqabət dedikdə otellərin sayının artırılması nəzərdə tutulur”.

Turizm eksperti Ceyhun Aşurov: “Ümumiyyətlə, 2019-cu ildən sonra regionlara səfərlərin sayı artdı. Təbii ki, müəyyən məhdudiyyətlırin tətbiq olunması və sərhədlərin bağlanması insanları daxili turizmə yönəltdi.

Bildiyimiz kimi 2019-cu ilə qədər 5 milyon üzəri Azərbaycan vətəndaşı xaricə gedirdi və həmin ildə təxminən 3 milyona yaxın xarici vətəndaş Azərbaycana gəlmişdi. Bu isə o deməkdir ki, artıq xaricə gedən Azərbaycan vətəndaşlarının da bir çoxu daxili turizmlə öz rayonlarımıza yönəlməyə başladılar. Ciddi təlabat yarandı və biz bu doluluğu ara-sıra müşahidə edirdik. Bu da təbii ki, regionlarda olan otellərin və xidmətlərin qiymətinə də öz təsirini göstərdi.

İndi hava sərhədləri açıq olsa da, quru sərhədləri bağlı qalmaqda davam edir. Bu onu göstərir ki, bu il də müəyyən qədər təlabat qalmaqda olacaq. Əvvəlki illərlə müqayisədə az olsa da, 2019-cu illə müqayisədə daha çox insan Azərbaycanın daxili regionlarında istirahətə üstünlük verəcək. Bunun da bir neçə səbəbləri var. İlk növbədə daxildə istirahət etmək uçuş məsafəsində harasa getməkdən daha ucuz başa gəlir. Eyni zamanda daxili regionlarda öz insanlarımız bəzən qalmamaq şərti ilə səhər gedib axşam qayıda bilirlər. Gediş məsafəsi olaraq bu çox da zaman almır. Lakin tətil, qeyri-iş günləri və həftə sonlarında regionlarda doluluq müşahidə olunur. Bu da qiymətlərə öz təsirini göstərir. Təbii ki, regionlarımız və orada olan otellər yay turizminə hazırlaşır və hazırdırlar. Qeyri-iş günlərində rayonlarda olan otellərin müxtəlif kompaniyalar keçirdiyini də müşahidə edirik. Lakin tətil başladıqdan sonra və həftə sonları müddətində qiymətlərdə güzəştlər tətbiq olunmur. Bəzi qiymətlər isə bizim turistlər üçün yüksək hesab oluna bilər.

Turizm infrastrukturu inkişaf edən, kifayət qədər əyləncə yerləri olan, istirahət üçün lazımi şərait yaradılan regionlara təlabat daha çoxdur. Xaricdən gələn turistlər də var ki, kifayət qədər tələbat yüksəkdir. Qiymətləri də çox aşağı etməyəcəyik. Orada olan sahibkar da otelin doluluğuna görə qiymətləri tənzimləmək məcburiyyətindədir.

Lakin, sevindirici xəbər ondan ibarətdir ki, bütün bu yerlərdən əlavə olaraq, bazarda qalmaq üçün müəyyən standartlara cavab verən kənd evləri də var. Onların qiyməti kifayət qədər uyğundur. Burada bir neçə ailə də qala bilər. Bu evlər adətən istirahət zonalarına yaxın ərazidə olur ki, bu da çox yaxşıdır.

Bütün bunların olması kifayət qədər normaldır. Tələbat artdıqca kifayət qədər yan əlavə təkliflər də formalaşacaq. İnsanlarımız istər Bakı ətrafı, istərsə də xüsusi təklifi olan regionlara səfər edəcək. Lakin bu o demək deyil ki, insanlar hamısı daxili regiona yönələcək. Təbii ki, bəziləri xaricə, ən azı Türkiyə və yaxın coğrafiyalarda istirahətə yollanacaqlar”.

Deputat Azər Badamov: “Turizm neft sektorundan sonra ən çox gəlir gətirən sahədir. Son illərdə Azərbaycanda müasir turizm sektoru qurulmuşdur. Bu gün ölkəmizdə hər mövsümə aid turizm sahələri mövcuddur. Amma turizmin inkişafına ən böyük zərbəni pandemiya vurdu. 2,5 ilə qədər bu sektor iflic vəziyyətinə düşdü.

Bu gün pandemiyaya qarşı uğurlu mübarizəsinin nəticələri ölkəmizin turizm sektorunu yenidən dirçəlməsinə imkan yaratmışdır. Turizm sektorun daha gəlirli sahə olaraq yenidən aktuallaşmasına mane olan səbəblər var. Belə səbəblərdən ilk növbədə quru sərhədlərin bağlı qalmasıdır.

Pandemiyadan əvvəl bu sektorun illik gəliri 2,7 milyard dollara çatmışdı. Belə ki, 2019-cu ildə ölkəmizə 3,2 milyon turist gəldiyi halda, 2021-ci ildə ölkəyə gələnlərin sayı cəmi 792 min nəfər olmuşdur. Yay fəsilin gəldiyini və turizmin canlanacağı bir mövsümə yaxınlaşdığını nəzərə alaraq, quru sərhədlərin açıılmasının nə qədər vacib olduğu haqqında düşünmək olar. Bu gün isə bu sahədən gəlir demək olar ki, infrastrukturun və əməkdaşların saxlanılmasına sərf olunur.

Turizm sektorun inkişafına mənfi təsir göstərən bir amil isə qiymətlərin baha olmasıdır. Bu gün turizm sektorunun xidmətləri ölkə vətəndaşların hamısı üçün əlçatan deyil. Ona görə bu sektorda qiymət siyasətinə yenidən baxılmalı olduğunu düşünürəm. Turizm obyektləri az müştəri qəbul etməklə çox gəlir əldə etməyinə yox, çox müştəri cəlb etməklə dövriyyəni çoxaldaraq daha çox gəlir qazanmağına öyrəşməlidirlər. Əgər qiymətlər aşağı olarsa, insanlar qonşu ölkələrdə istirahət etməyə üstünlük verməzlər. Qeyd etdiyim kimi bu iki məsələ yoluna düşərsə turizm sektorunun yenidən daha çox gəlir gətirəcəyini hesab edirəm”.

“Ağsaray Deluxe Hotel Mingəçevir” otelinin rəhbəri Kənan Hənifəyev məsələyə belə münasibət bildirib: “Bildiyimiz kimi pandemiyadan sonra turizm bərpa olundu. Son 2 ildə turizm sektoru çox ağır dönəm keçirib. Bu ağır dönəm həm turizmin müxtəlif istiqamətlərinə, həm də turizmçilərə mənfi təsir etmişdi. Keçən ilin yayından başlayaraq bərpa mərhələsi davam edir. Artıq yerli və xarici turistlərin qəbulu üçün turizmçilər və otel sahibləri hazırdır.

Ümumumən götürdükdə hal-hazırda regionlarda olan otellər sırf yerli turistlər üzərində formalaşır. Hal-hazırda şimal, qərb və cənub zonası yaya tam hazırdır. Həftə sonları demək olar ki, regiondakı otellərin otaqları tam dolu vəziyyətdə olur. Ümid edirəm ki, yaydan sonra da bu tendensiya davam edəcək və təkcə yerli turistlər yox, həm də xarici turistlər regionlarımıza təşrif buyuracaq.

Qiymətlər demək olar ki, stabildir. 2 nəfərin 1 gecə gecələməsi üçün 50 manatdan başlayır-250 manata qədər davam edir. Bu otelin xidmətindən asılıdır. Hər bir müştərinin cibinə uyğun otel və turizm xidmətləri var. Əsasən yeni açılan iaşə obyektlərində qiymətləe biraz yüksək olur. Bu da onların yeni olması və xidmətin daha yüksək olmasından asılıdır. Xüsusi qiymət fərqləndirilməsi olmayıb. Qiymət artımı daha çox restoranlarda müşahidə olunur. Gecələmə qiymətlərində isə ötən illərlə müqayisədə çox da fərqli deyil.

Otaq qiymətləri 1 gecə 2 gün:

• Standard Deluxe (Single) 90 AZN -1nəfər üçün

• Standard Deluxe 110 AZN - 2 nəfər üçün

• Corner Deluxe 120 AZN - 2 nəfər üçün

• Junior Deluxe 160 AZN - 2 nəfər üçün

• Deluxe Suite 210 AZN - 2 nəfər üçün

• Ağsaray Suite 270 AZN 2 nəfər üçün

• Villa tipli yaşayış evi 280 AZN - 4 nəfər üçün

Extra bed:

“0 - 6” yaş - ödənişsiz

“6 +” yaş - 25 AZN

Qiymətə daxildir: Səhər yeməyi, sauna, açıq, qapalı hovuz, uşaq hovuzu, fitnes, futbol meydançası və topları.

Bouling - 20 AZN 1 saat (3-4 nəfər)

Bilyard - 10 AZN

Masaüstü tennis - 3 AZN (2 nəfər, 1 saat)

Kater - 1 Dairə 10 AZN (4 nəfər)

Gəmi gəzintisi 30 dəq. - 35 AZN (10 nəfər max.)

Masaj - 1 nəfər 20 AZN (30 dəq.)”.

Dövlət Turizm Agentliyinin Media və İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva: “Ümumi deyək ki, daxili turizm həmişə prioritet istiqamət olub. Pandemiyadan əvvəl də, pandemiya müddətində də, sonra da daxili turizm ölkə turizminin lokomotivi olubdur.

Pandemiya dövründə isə daxili turizm daha çox aktuallaşdı. Təkcə Azərbaycanda yox, bütün dünyada eyni proseslər getdi. Məsələn, ötən il 3 milyondan çox insan daxili turizm xidmətindən istifadə edib. Amma əlbəttə pandemiya qaydalarının yumşalması, ümumiyyətlə məhdudiyyətlərin aradan qalxması daxili turizmin də intensivləşməsinə öz təsirini göstərir. Söhbət müsbət təsirdən gedir və biz bu il ölkə daxilində səfər edən vətəndaşlarımızın sayının daha da artacağını gözləyirik. Bizim ənənəvi istiqamətlərimiz var. Bunlar şimal, şimal-qərb, qərb, cənub istiqamətidir. Bunlar turizm koridorlarıdır, həmçinin Naxçıvan da ölkə vətəndaşlarının son günlərdə üz tutduğu əsas istiqamətlərdən biridir. Daxili turizmin inkişafı bölgələrimizin, regionların inkişafı deməkdir ki, bu da turizm mövsümlüyünün aradan qalxmasına, regionların sosial-iqtisadi inkişafına əlbəttə ki öz müsbət təsirini göstərir, həm də bu turizmin dayanıqlı inkişafı deməkdir.

Qiymətlər barəsində bizim stabil bir yanaşmamız var ki, biz bazar iqtisadiyyatında fəaliyyət göstəririk. Bu da tələb və təklifə əsasən qiymətlərin formalaşması deməkdir. Yəni, dövlət orqanı olaraq qiymətlərin tənzimlənməsi prosesində iştirak etmirik, amma bazar iqtisadiyyatı olduğu üçün sənaye özü özlüyündə qiymətləri tənzimləyir. Tələb və təklif əsasında bütün qiymətlər formalaşır.

Pandemiyanın bütün dünyada səngiməsi ölkəmizdə də turizmin canlanmasına gətirib çıxardıb. Həmçinin yay mövsümünün də başlaması daha çox turistin olması və daha çox turistik səfər deməkdir. Bu istər gəlmə turizminə, istərsə də ölkədaxili turizmə aiddir. Yəni, yay turizm mövsümündə biz daha çox daxili turistik səfərlər o cümlədən gəlmə turist sayını gözləyirik. Həm pandemiya zəifləyib, həm yay mövsümü başlayıb.

Ümumilikdə onu qeyd edək ki, turizm sənayesi hər zaman turisti qəbul etməyə hazırdır. Bu istər gəlmə turizmlə, istərsə də daxili turizmlə bağlı ola bilər. Yəni, ölkədə turizm sənayesi tam gücü ilə pandemiyadan əvvəlki rəqəmlərdən də çox turist qəbul etməyə hazır və qadirdir”.

“Gabala Hospitality Group”un Marketinq meneceri Ceyhun Yəhyayev: “Pandemiya dövrü boyunca rayonlarımız və eləcə də Bakıda turizmlə bağlı sahələr ciddi itki yaşasa da, 2021 ci ilin sonları və 2022 ci ilin əvvələrindən başlayaraq turist sayında ciddi artış var. Turist sayının artması və bir çox ölkə ilə hava yollarının açılması bu sektorda bağlı sənaye müəsisələrin yenidən inkişafına şərait yaradıb. Az bir dövrdə yenidən köhnə turizm dövrlərinin geri dönüşünü hiss etmək olur.

Ölkədə turizm sənayesinin inkişafı qənaət bəxşdir. Həm müəyyən dövlət turizm orqanlarının bu sənayeyə ciddi yatırımı, həm yerli turizm şirkətlərinin xarici turizm tədbirlərində aktivliyi, həm də yerli qonaqlama və digər turizm müəsisələrinin inkişafa meyilliyi – bu sahədən inkişafın ciddi şəkildə artdığını göstərir.

Son illər ərzində rayonda xidmət keyfiyyəti yüksək səviyyədə artırılıb və eləcə də, qonaqların səyahət dövrü boyuca vaxtlarını əla keçirmələri üçün geniş xidmət və standardlara cavab verə biləcək böyük əyləncə sektoru qurulub. Bu geniş funksionallıq əlbəttə ki, yay və ya digər yüksək tələb görən sezonda böyük turist axınını qarşılayacaq səviyyədədir.

Son illərdə Qəbələ şəhərində turizmlə bağlı müəssisələrin və əyləncə növlərinin sayında çox ciddi artım mövcuddur.

Qiymət sistemi bir çox faktorları nəzərə alaraq qonaqlara təqdim olunur və Qəbələdə müəsisələrin qiymət strategiyaları tam bazara uyğun formadadır.

“Qafqaz Riverside Hotel”də qiymətlər İyun ayının 1-15-i arası 158 manatdan, İyun ayının 15-dən İyul ayının 1-nə kimi 228 manatdan və iyulun 1-dən 278 manatdn başlayacaq. İyulun 1-dən 278 manatın tərkibinə 2 dəfə qidalanmaq da daxildir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə