Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Ramana qəsəbəsinin Yeni yaşayış massivini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 162 nömrəli və Yeni Suraxanı qəsəbəsini “Ulduz” metrostansiyası ilə əlaqələndirən 184 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edilib.
SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki,162 nömrəli şəhərətrafı marşrut üzrə hüquqi şəxs “Grand Bus” MMC və 184 nömrəli şəhərətrafı marşrut üzrə “General Auto Company” firması komissiya üzvləri tərəfindən qalib elan olunub.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə