Bu ilin yanvar ayında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 20,9 milyon manat olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
Bu il fevralın 1-nə qədər ölkə ərazisində 104 491 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə