Tooji mətbuat nümayəndələrini \"Stay\" mahnısı altında rəqs etdirdi - FOTOSESSİYA

Norveçi \"Eurovision Mahnı Müsabiqəsi-2012\"də təmsil edən Tooji Keshtkar səhnədə ilk məşqini edib. SİA-nın məlumatına görə, İran əsilli Tooji Norveçi təmsil etməkdən qürur duyduğunu qeyd edib. \"Məni Bakıdakı şou zamanı izləməyə anam və qardaşım da gələcək\" deyən Tooji bundan sonra da hər zaman kimsəsiz uşaqlara yardım edəcəyini bildirib.


\"Bakı Kristal Zalı\"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında müğənni müsabiqədəki rəqsini jurnalistlərlə birgə nümayiş etdirib.

Paytaxtımızın gözəlliyindən danışan Norveç təmsilçisi ölkəmizdə gedən sürətli inkişafı yüksək qiymətləndirib.

Musiqinin aparıcı qüvvə olduğunu qeyd edən müğənni onun vasitəsi ilə hər şeyə nail olmağın mümkünlüyünü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə