İraqda avtobus partlayıb, qurbanlar var

İraqın Kərbala şəhərində avtobusun partladılması nəticəsində ən azı 12 nəfərin həyatına son qoyulub. SİA-nın məlumatına görə, bundan əvvəl PressTV kanalı 9 nəfərin öldüyü barədə məlumat vermişdi.

Qeyd edək ki, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb, lakin onların sağlamlıq durumları barədə hələ ki, məlumat verilmir. Bölgədə fəaliyyət göstərən qrupların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə