Ukrayna Baş Nazir Aleksey Qətər Dövlətini yerli klublara investisiya qoymağa çağırıb

Baş nazir Aleksey Qançaruk Qətər Dövlətini Ukrayna klublarına investisiya qoymağa çağırıb.

SİA "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, Ukraynanın Baş naziri Aleksey Qançaruk Kiyev şəhərində keçirilən "Yalta Avropa Strategiyası" forumunda çıxışı zamanı Qətər Dövlətinin sərmayəçiləri ilə görüşündə bu təkliflə çıxış edib. Baş nazirin sözlərinə görə, Qətərin Ukraynada futbol klublarından birini almaq üçün əlverişli imkanları var.

Qeyd edək ki, Qətər futbol investisiyası üçün əlverişli ölkə hesab edilir. Hazırda Qatar Sports Investments şirkəti Fransanın məşhur PSJ klubunu idarə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə