ABŞ qoşunları Suriyadan çıxmağa başladı!

ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb. Anadolu agentliyinin məlumatına görə, bunu ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin nümayəndəsi polkovnik Sean Ryan bildirib. O qeyd edib ki, təhlükəsizlik səbəbindən ordunun nə vaxt ölkədən çıxacağı ilə bağlı detallar açıqlanmayacaq.

ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, silahlı qüvvələrin bir qisminin çıxarılmasına artıq başlanılıb. CNN telekanlının verdiyi məlumata görə, Suriyadan ilkin mərhələdə hərbi aviasiya və donanma çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...