Avşa adası Qurban bayramında əhalisindən 40 dəfə çox turist qəbul edəcək

Türkiyədəki Avşa adası doqquzgünlük Qurban bayramı günlərində əhalisinin sayından 40 dəfə çox turist qəbul edəcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, təxminən üç min nəfərin yaşadığı bu adanın Qurban bayramında birgünlük istirahət edənlərlə birlikdə 120 min turisti qonaq edəcəyi gözlənilir.

Qeyd edilir ki, Mərmərə bölgəsinin mühüm turizm mərkəzlərindən olan adaya xüsusilə istanbullular böyük maraq göstərir. Bayram günləri ilə əlaqədar adadakı demək olar ki, bütün evlər, pansionatlar və mehmanxanalar turistlər tərəfindən rezervasiya edilib. Vətəndaşların bayram istirahətlərini rahat keçirməsi üçün bütün tədbirlər görülüb.

Məlumatda bildirilir ki, digər turizm mərkəzlərindən olan Balıkəsirin Erdek rayonundakı və Kapıdağ yarımadası ətrafındakı turizm obyektləri də yerli və əcnəbi turistlərdən bayramla əlaqədar sifarişlər alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə