Abdullah Gül: "Donald Tramp qlobal təhlükəyə çevrilib"

Türkiyənin sabiq prezidenti Abdullah Gül ABŞ prezidenti Donald Trampın xarici siyasi kursunu sərt tənqid edib. Gül Tvitter hesabında "ABŞ prezidenti Donald Tramp prezidentliyə namizəd olduğu ilk gündən heç bir dəyər və qayda tanımayan çıxışları ilə qlobal təhlükəyə çevrilib", ifadəsini paylaşıb.

Gül qeyd edib ki, Türkiyə ilə bağlı utancverici tvitlər paylaşan Tramp prezidentliyə namizəd olduğu ilk gündən heç bir dəyər və qayda tanımayan çıxışları ilə qlobal təhlükəyə çevrilib: "Bu təhlükəyə qarşı bütün ölkələr sülh və ticarət üçün mübarizə ruhunda olmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə