188 ton narkotik maddə ələ keşdi

Ötən iki ayda İrana qaçaqmalçılıq yolu ilə gətirilən 188 ton narkotik maddə müsadirə olunub. Bu sözləri İran İslam Respublikasının narkotiklərlə mübarizə polisinin rəisi Məhəmməd Məsud Zahediyan mətbuata verdiyi açıqlamasında deyib. Polis rəisinin sözlərinə görə, aparılan əməliyyat-axtarış tədbirləri zamanı 106 narkotik qaçaqmalçısı həbs edilib. Bəzi hallarda sərhəd bölgələrində qaçaqmalçılarla polis arasında silahlı toqquşmalar da qeydə alınıb.

Əfqanıstandan İrana, buradan da Avropa ölkələrinə daşınması nəzərdə tutulan narkotik maddələrin tranzitinin qarşısı alınır. Əfqanıstandan Avropaya, əsasən, heroin ixrac edilir. Sərhəd bölgələrində güclü nəzarətin olmasına baxmayaraq, qaçaqmalçılar ölkəyə narkotik keçirməkdən çəkinmirlər.

Rəisin sözlərinə görə, sərhəd keçid-məntəqələrində polis ilə sərhəd qoşunlarının əməkdaşlığı faydalıdır. Əfqanıstan ilə sərhəd bölgələrində polis gücləndirilmiş iş rejimində çalışır və əməliyyat şəraitini nəzarətdə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...