Babayan Sarkisyanın verdiyi addan imtina edib

“Kadans” estrada-musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan “Ermənistanın əməkdar mədəniyyət xadimi” fəxri adından imtina edib. Kult.az xəbər verir ki, Babayan buna səbəb kimi ölkədə etiraz hərəkatı başladan müxalif liderlərin həbsini göstərib.

“Hakim partiyanın qanunsuz əməllərinə, ölkədəki vətənpərvərlərin, ədalətli ümumxalq hərəkatının liderlərinin həbsinə etiraz əlaməti olaraq bundan sonra “Ermənistanın əməkdar mədəniyyət xadimi” fəxri adını daşımağımın mümkün olmadığını hesab edirəm”, - Babayan qeyd edib.

Xatırladaq ki, dünən günorta saatlarında müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə