Tramp ŞOKDA: "Amerikanı yıxa bilməyəcəksən, o, səni yıxacaq"

"FTB sədrinin müavini Endryu Makkeybi günahkar elan edə bilərsən, ancaq Amerikanı yıxa bilməyəcəksən, o, səni yıxacaq." Axar.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Con Brennan ABŞ Prezidenti Donald Trampa qarşı sosial media hesabında qeyd edib.

“Aldığın rüşvətlər, alçaqlıqlar və korrupsiya əməllərin ortaya çıxdığı zaman tarixin tozlu səhifələrində haqq etdiyin yeri tapacaqsan”, - Brennan qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Ədliyyə naziri Ceff Session Federal Təhqiqatlar Bürosu sədr müavini Endryu Makkeybin təqaüdə çıxmağına iki gün qalmış vəzifədən atıldığını bildirib. ABŞ Prezidenti Donald Tramp isə FTB sədrinin müavini Endryu Makkeybin vəzifədən qovulmasını “demokratiya üçün böyük gün” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə