Kaliforniyada təbii fəlakət 18 ölü

Kaliforniyada torpaq sürüşməsi və daşqınlar səbəbindən ölənlərin sayı 18-ə çatıb. Bu barədə “Associated Press” agentliyi Santa-Barbara dairəsinin şerifi Bill Brauna istinadla xəbər yayıb.

TASS agentliyi xəbər verir ki, cümə günündə xilasedicilər torpaq sürüşməsi nəticəsində həlak olmuş 87 yaşlı kişinin cəsədini tapıblar. Hökumət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 60-dək ev məhv olub, 450-dək ev zədələnib. Xatırladaq ki, bazar ertəsindən başlayaraq cənubi Kaliforniyada leysan yağışlar yağıb, ştatın bir neçə rayonunda əhali təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...