İngilis nazir Rusiyanı Sparta ilə müqayisə edib

Rusiya ilə Qərb ölkələri arasındakı qarşıdurmanı Afina və Sparta şəhər dövlətlərinin tarixi ilə müqayisə etmək olar. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson danışıb.

“Mən Fukididin “Peloponnes müharibəsinin tarixi”ni oxumuşam. Afinalıların demokratiyasının, mədəniyyət və sivilizasiyasının ABŞ və Qərbin analoqları olduğu mənim üçün aydın oldu”, - Rusiyanı Sparta ilə müqayisə edən nazir deyib. Conson Berlin divarı söküldüyü zaman Moskva ilə Qərb arasındakı əlaqələrdə "ümid və dəyişmə anı"nın meydana gəldiyini, ancaq indi əlaqələrdə mövcud olan böhranın bu dövrü "mütləq bir illüziya"ya çevirdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə