Saakaşvilinin Ali Radadakı tərəfdarı işdən çıxarılıb

Ukraynanın Ali Radası parlamentin Korrupsiya ilə mübarizə komitəsinin sədri İqor Sobolyevi vəzifədən kənarlaşdırıb. Bu barədə RİA informasiya yayıb.

Məlumata görə deputatın vəzifəsindən kənarlaşdırılmasına səbəb kimi fəaliyyətinin qane edici olmaması göstərilib. Qərarın qəbul edilməsi üçün lazım olan 226 səs qarşılığında, 256 millət vəkili lehinə səs verib. Sobolyev sədr vəzifəsindən uzaqlaşdırılsa da, komitə üzvü olaraq fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, İqor Sobolyev Mixail Saakaşvilinin Ali Rada qarşısında keçirilən mitinqinin əsas təşkilatçılarından biri hesab edilir.

loading...