"Borussiya" Rafael Qerreyro ilə yeni müqavilə imzalayıb

"Borussiya" futbolçusu Rafael Qerreyro ilə yeni müqavilə imzalayıb. Klubun saytında yer alan məlumatda deyilir ki, 25 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb. Qeyd edək ki, Qerreyro 2016-cı ildən Dortmund təmsilçisində oynayır. O, bu mövsüm Bundesliqada 5 matçda 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə