Masallıda mini-futbol üzrə açılış mərəsimi keçirilib

18 avqust 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə mərkəzi futbol meydançasında vetiran idmançı Məmmədov Rafiz Mirzəxan oğlunun xatirəsinə həsr olunmuş böyüklər arasında mini-futbol üzrə Masallı rayon turnirinin açılış mərəsimi keçirilib.

Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin idman sahəsi üzrə baş məsləhətçisi Şaban Əliyev çıxış edərək Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb, xüsusi ilə də futbolun inkişaf etdirilməsi isriqamətində görülən işlərdən və əldə olunan nəticələrdən danışıb. Sonda birdaha idmançılara bu turnirdə uğurlar arzulayıb.

Daha sonra tədbirdə Ərkivan qəsəbə Ərazi üzrə nümayəndəəsi İsrail Tağıyev , vetiran idmançı Çingiz Həşimov, Qəsəbə ağsaqqallarından Mehman Məmmədov və başqaları çıxış edərək vetiran idmançı Məmmədov Rafiz Mirzəxan oğlunun keçdiyi həyat yolundan söz açıb və bu turnirin keçirilməsində əməyi olan hər bir insana öz minnətdarlıqlarını bildiriblər.

Səkkiz komandanın mübarizə apardığı yarışn açılış oyununda “Çaxırlı” komandası ilə “Aslanlar ” komandası üz–üzə gəldi oyun 2:1 hesabı ilə “Çaxırlı” komandasının xeyrinə başa çatıb.

Digər qarşılaşmada “Ərkivan” komandası “Ümüd” (Kolat) komandası ilə üz–üzə gəldi oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turnir 30 avqust 2019-cu il tarixədək davam edəcək.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə