Daniel Staric cəzalandırıldı

İngiltərə Futbol Federasiyası "Liverpul"dan ayrılan Daniel Staricə cəza tətbiq edib. Britaniya mətbuatının yazdığına görə, buna onun mərc qaydalarını pozması səbəb olub. Belə ki, 29 yaşlı hücumçu 2018-ci ilin yanvar ayında mümkün transferi ilə bağlı qardaşı Leona bildirib. O, qardaşına "Sevilya"ya gedəcəyi ilə bağlı mərc şirkətində pul qoymağını istəyib. Bu səbəbdən Staric 4-ü şərti olmaqla, 6 həftəlik futboldan kənarlaşdırılıb. Bundan başqa, o, 75 min funt sterlinq məbləğində cərimələnb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...