İki idmançımız Tunisdə dünya çempionu olub

Tunisin Hammamet şəhərində savat (Fransa boksu) döyüş növü üzrə dünya çempionatına yekun vurulub.

SİA xəbər verir ki, kombat versiyası üzrə keçirilən mundiala 54 ölkədən 450 idmançı qatılıb.

Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında çempionatda ölkəmiz 3 idmançı ilə təmsil olunub. Bu növ üzrə milli komandamızın ilk dünya çempionatı olmasına baxmayaraq yığmamız uğurlu nəticəyə imza atıb.

Həmyerlilərimizdən Nurlan Qədimov (70 kq) və Tural Bayramov (85 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olublar. Hər iki idmançımız qalib olmaqla yanaşı, avqust ayında Cənubi Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada baş tutacaq qala döyüşlərinə vəsiqə qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə (75 kq) üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...