İtaliyanın "Yuventus" klubunun futbolçusu Mario Mancukiç mövsümün qalan hissəsini buraxmalı olacaq. Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

52 yaşlı mütəxəssis bildirib ki, məşq vaxtı dizindən aldığı zədə xorvatiyalı forvardın bu mövsüm meydana dönüşünə imkan verməyəcək. "Corriere Della Sera" isə 33 yaşlı hücumçunun Turin komandasındakı gələcəyinin sual altında olduğunu yazıb. Baxmayaraq ki, onunla iki həftə əvvəl 2021-ci ilin iyununadək yeni müqavilə bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə