Azərbaycan millisi 2019-cu ildə ilk yoldaşlıq görüşünə çıxacaq.

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2019-cu ildə ilk yoldaşlıq görüşünə çıxacaq. SİA-nın məlumatına görə, "Bakcell Arena"da keçiriləcək qarşılaşmada rəqib Litva yığması olacaq. Təqvimə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində II turu buraxıb. İlk turda isə Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2. Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxaracaq. Əvvəllər isə bu komandalar 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gələcək. Yoldaşlıq görüşü (25 mart) 18:00. Azərbaycan - Litva Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Kerey Alexandru (hamısı Rumıniya), Orxan Məmmədov (Azərbaycan) "Bakcell Arena".

Bütün xəbərlər Facebook səhifəmizdə