"Barselona" "Atletiko"nun futbolçusunu transfer edəcək

"Barselona" mövsümün sonunda ilk transferini "Atletiko"dan reallaşdırmağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, katalonlar mövsümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq Filipe Luisin keçidini həll edəcəklər. 33 yaşlı sol cinah müdafiəçisi "Atletiko" ilə müqaviləni uzatmaq istəmir. Xəbərə əsasən, Luis "Barselona"ya keçmək istəyir və bu transfer mövsümün sonunda reallaşacaq.

Qeyd edək ki, Filipe Luis cari mövsüm 20 oyuna 2 qol vurub, 2 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə