"Neftçi”nin futbolçusu: "Yaxşı oyun oldu"

"Neftçi”nin futbolçusu Rəhman Hacıyev "Qaz Metan”la yoxlama oyunundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib. O bildirib ki, çempionat oyununadək tam hazır olmağa çalışırlar: "Yaxşı oyun oldu. Düzdür, çatışmazlıqlar da var. Bu olmalıdır. Çünki təlim-məşq toplanışındayıq, yorğunluq var. Buna görə də istədiyimizi tam şəkildə yerinə yetirə bilmirik. Amma hələ vaxtımız var. Çempionat oyununadək tam hazır olmağa, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Qol vurmağıma gəlincə, buna görə çox şadam. Amma əsas qol vurmaq deyil, komandaya mümkün qədər çox xeyir verməkdir. Qələbə münasibətilə komanda yoldaşlarımı və məşqçilərimizi təbrik edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə