“Qalatasaray” alman klubu ilə bərabərə qaldı

Futbol üzrə Türkiyə Superliqasının “Qalatasaray” futbol komandası 2018-2019-cu il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın “RB Leipzig” komandası ilə yoldaşlıq oyunu keçirib.

Klubun saytında yer alan məlumatda deyilir ki, Almaniyada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. 12 min tamaşaçının izlədiyi görüşdə hesabı 34-cü dəqiqədə “RB Leipzig”in oyunçusu Yussuf Poulsen açıb. İkinci hissənin 55-ci dəqiqəsində İstanbul komandasının futbolçusu Martin Linnes hesaba tarazlıq gətirib. Fateh Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku uğrunda oyunda “Boluspor”a qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...