"Qalatasaray"ın futbolçusu ciddi zədələnib

"Qalatasaray"ın futbolçusu Yunis Belhanda Mərakəş yığmasının heyətində ciddi zədələnib. SİA-nın məlumatına görə, futbolçunun ayağında yırtıq olduğu və 6 həftə meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Belhanda ilə yanaşı İstanbul təmsilçisinin heyətində Sinan Gümüş, Emre Akbaba, Yuto Naqatomo, Serdar Aziz və Ozan Kabak da zədəlidir.

Xatırladıq ki, "sarı-qırmızılı" komandanın heyətində olan Ndiaye, Ryan Donk və Qari Rodriges "Fənərbaxça" derbisindən sonra yaşanan hadisələrə görə federasiya tərəfindən cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə