Useyn Bolt Avstraliya klubundan ayrılacaq

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Avstraliyanın “Sentral Kost Mariners” klubundan ayrılacaq. "Fox Sports Australia"ya xəbər verir ki, o, klubun təklif etdiyi müqavilə şərtləri ilə razılaşmayıb.

Avstraliya təmsilçisi idmançıya illik 150 min dollarlıq maaş təklif edib. Bolt isə 3 milyon dollar qazanmaq istəyir. Tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilməyiblər. Qeyd edək ki, Useyn Bolt “Sentral Kost Mariners” klubunda baxışda olub. Yamaykalı idmançı yoxlama matçında iki qola imza atıb. Bolt daha öncə Maltanın "Valletta” klubunun da təklifini rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə