“Səbail” “Sivasspor”la yoxlama oyunu keçirəcək

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxacaq. Klubun mətbuat xidmətinin məlumatında deyilir ki, komanda Türkiyə Superliqası təmsilçisi “Sivasspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18:00-da başlayacaq. Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə “Gənclərbirliyi”nə 0:3 məğlub olub, ikinci oyunda Qətərin “Əl Şəhaniyə” klubu ilə heç-heçə edib

Bütün xəbərlər Facebook səhifəmizdə