“Səbail” Qətər klubu ilə heç-heçə edib

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Səbail” növbəti yoxlama oyununa çıxıb. SİA-nın məlumatına görə, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qətərin “Əl Şəhaniyə” komandası ilə qarşılaşıb.

Ankara Kızılcahamam “Soğuksu Açık Spor Kompleksi”nin meydançasında baş tutan matçda qalib müəyyənləşməyib. “Səbail” fasiləyə 2 top irəlidə yollansa da, ikinci hissədə qısa müddətdə ardıcıl qollar buraxaraq üstünlüyünü əldən verib.

Yoxlama oyunu

15 iyun

"Səbail" - "Əl Şəhaniyə" 2:2

Qollar: Ruslan Qurbanov, 35, Ağabala Ramazanov, 43.

"Səbail": Emil Balayev, Elton Yaqublu (k), Şəhriyar Rəhimov, İqor Korotetski, Tamazi Tsetsxladze, Vüqar Bəybalayev, Murtuz Abakarov, Rahid Əmirquliyev, Ağabala Ramazanaov, Fəhmin Muradbəyli, Ruslan Qurbanov.

Ehtiyat oyunçular: Elxan Əhmədov, Cəfər Əlizadə, Orxan Qurbanlı, Sərxan Əhmədli, Emil Həsənzadə, Aqşin Hüseynov, Xaliq İbrahimov, Ürfan İsmayılov, Elçin Rəhimli.

Xatırladaq ki, “Səbail” ilk sınaq matçında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə