Maradona: "Argentina nə oynadığını bilmir"

Əfsanəvi futbolçu Dieqo Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib. “Marca”nın yazdığına görə, o, həmyerlilərinin DÇ-2018-dəki uğursuz çıxışının səbəbkarı kimi çalışdırıcını gördüyünü söyləyib: “İnsanlar inanırdılar ki, Sampaoli kompüter, dronlar və 14 köməkçisi sayəsində problemi həll edəcək. Argentina nə oynadığını bilmir. Komandada heç bir ideya yoxdur – nə yarımmüdafiədə, nə müdafiədə, nə də hücumda. Xorvatiya ilə görüşdə də biz buna şahid olduq”.

Maradona baş verənlərə görə federasiya rəhbəriyini də günahlandırıb: “Federasiyaya futboldan kənar adamlar rəhbərlik edirlər. Onların heç bir planı yoxdur. Hər şeyi özbaşına buraxıblar”.

O, Lionel Messiyə yönələn ittihamlar haqda da danışıb: “Messi necə lazım idisə, elə də oynadı. Bir nəfərin bütün komandanın problemini təkbaşına həll etməsi çox çətindir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...